sonnoqte.az
Xəbər başlıqları
  • 09:32 – Prezident və xanımı Kəlbəcər sakinləri ilə görüşüblər 
  • 09:11 – Prezident və ailəsi səs verdi 
  • 12:22 – İlham Əliyev Belarus Prezidentini təbrik edib 
  • 12:18 – Prezident: Ermənistan qəsdən vaxt uzadır, öz ərazisində üçüncü tərəflərlə hərbi təlimlər keçirir 

Su polisindən Xəzərdə brokonyer əməliyyatı - Video

16-07-2024, 11:44 26 dəfə baxılıb

Su polisindən Xəzərdə brokonyer əməliyyatı - Video


Balıq, həmçinin digər su bioresurslarının istifadəsinə, eləcə də mühafizəsinə nəzarəti gücləndirmək məqsədilə Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti tədbir zamanı Xəzər dənizinin Hövsan qəsəbəsi istiqamətində qanunsuz balıq ovu ilə məşğul olan İlham Heydərov saxlanılıb.

İdarədən “Qafqazinfo”ya daxil olan məlumata görə, yoxlama zamanı ondan “Yamaha” mühərriki ilə təchiz edilmiş qayıq, sintetik sapla toxunmuş qanunsuz balıq ovunda istifadə olunan tor, digər qadağan olunmuş balıqovlama alətləri və 96 ədəd kefal balığı aşkarlanaraq maddi sübut kimi götürülüb.

Araşdırma zamanı bu şəxsin su bioresurslarından qanunsuz istifadə etməsi nəticəsində ekologiyaya 1056 manat maddi ziyan vurduğu müəyyən edilib. Faktla bağIı Su Nəqliyyatında Polis İdarəsində araşdırmalar aparılır.

Qeyd edək ki, hazırda balıqların kürü verən vaxtı olduğu üçün  balıqovlama mövsümü sentyabr ayına qədər dayandırılıb. Bütün qadağalara baxmayaraq xüsusən körpə balıqların qanunsuz ovlanması hallarına hələ də rast gəlinməkdədir. Qeyd edilən qanunsuz əməllərə yol verən brokonyerlərə xəbədarlıq edilərək bildirilir ki, onlar barəsində cinayət və inzibati qanunvericilikdə nəzərdə tutulan qaydada ciddi tədbirlər görüləcək.

Su Polisləri tərəfindən Xəzər dənizi və digər su hövzələrinə nəsil artımı üçün buraxılan körpə nərəcinsli, həmçinin digər növ balıqların ovlanmasının qarşısını almaq məqsədilə nəzarət tədbirləri sahil boyu bütün ərazilərdə davam etdirilir. İdarə əməkdaşları tərəfindən Xəzər dənizinin dibi ilə çəkilən dəmir boru kəmərlərinin və müxtəlif təyinatlı naqilləri kəsib satışını təşkil edən şəxslərə qarşı da mübarizə mütəmadi olaraq aparılır.

Sonda vətəndaşlardan Xəzər dənizində və su hövzələrində hər hansı bir qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis İdarəsinin 012-433-38-12 və 012-433-38-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO