sonnoqte.az
Xəbər başlıqları
  • 19:43 – Prezident İlham Əliyevin Cəbrayılda yerli sakinlərlə görüşü | CANLI 
  • 08:37 – İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib - VİDEO 
  • 12:40 – Prezident Milli Qəhrəman Natiq Qasımovdan danışdı 
  • 12:36 – Prezident: İrəvan sülh istəyirsə, günahkarları cəzalandırmalıdır 

Sərhəddə insident: "Silaha" komandası verildi, atəş açıldı

27-10-2022, 12:32 108 dəfə baxılıb

Sərhəddə insident: "Silaha" komandası verildi, atəş açıldı


Oktyabr ayının 25-də saat 20:20-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Cəlilabad rayonunun Cəfərli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən  verilən məlumata görə, sərhəd naryadı tərəfindən 2 nəfər naməlum şəxsin dövlət sərhədi yaxınlığında mühəndis çəpərinə yaxınlaşması müşahidə edilmiş, “Dayan” əmrinin verilməsinə və havaya xəbərdarlıq atəşinin açılmasına baxmayaraq, sərhəd pozucuları əmrə tabe olmayaraq hava şəraitinin qaranlıq və relyefin mürəkkəbliyindən istifadə edərək geriyə qaçmışlar. Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılmış, xidməti ərazi qapadılmışdır.

 Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində sərhədboyu ərazidə gizlədilmiş 1 ədəd bağlama içərisində təxmini çəkisi 17 kiloqram narkotik vasitəyə bənzər maddələr (10 kq “marixuana”, 2 kq 100 qram “tiryək” və 4 kq 900 qram qablaşdırmada 7790 ədəd “metadon-40” həbləri) aşkar olunaraq götürülmüşdür.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO