sonnoqte.az
Xəbər başlıqları
  • 08:37 – İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib - VİDEO 
  • 12:36 – Prezident: İrəvan sülh istəyirsə, günahkarları cəzalandırmalıdır 
  • 13:43 – Prezident: Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdacaqlar 
  • 13:17 – Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələri ilə bağlı qaydalar təsdiqləndi 

Amerikadan İran qərarı: Bayden elan etdi

Dünən, 11:56 3 dəfə baxılıb

Amerikadan İran qərarı: Bayden elan etdi


ABŞ prezidenti Co Bayden İsrailə cavab raket hücumunu həyata keçirən İrana qarşı yeni sanksiyalar tətbiq edəcəklərini açıqlayıb.

Ağ Evin bəyanatına əsasən Bayden G7 liderləri ilə yeni sanksiyalar da daxil olmaqla İrana qarşı digər atılacaq addımlar da müzakirə ediləcək.

"Prezident Bayden və G7 ölkələri İranın İsrailə hücumlarını birmənalı şəkildə pisləyir. Bu gün prezident Bayden, İranın İsrailə qarşı qəbuledilməz hücumunu müzakirə etmək və İranın hücumuna, o cümlədən yeni sanksiyalar da daxil  olmaqla cavab tədbirlərini koordinasiya etmək üçün G7-yə qatılıb", - açıqlamada deyilir.

ABŞ və G7-nin İsrailin təhlükəsizliyinə sadiqliyinin vurğulandığı görüşdə Yaxın Şərqdə gələcək proseslə bağlı qiymətləndirmələrin aparıldığı bildirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO