sonnoqte.az
Xəbər başlıqları
  • 19:43 – Prezident İlham Əliyevin Cəbrayılda yerli sakinlərlə görüşü | CANLI 
  • 08:37 – İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib - VİDEO 
  • 12:40 – Prezident Milli Qəhrəman Natiq Qasımovdan danışdı 
  • 12:36 – Prezident: İrəvan sülh istəyirsə, günahkarları cəzalandırmalıdır 

Qaçaqmalçılar Azərbaycan sərhədçilərinə atəş açıb, yaralanan var - FOTO

12-08-2022, 11:13 180 dəfə baxılıb

Qaçaqmalçılar Azərbaycan sərhədçilərinə atəş açıb, yaralanan var - FOTO


Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin D(SX) əməkdaşları tərəfindən narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından (İİR) Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Bu barədə DSX Mətbuat Mərkəzindən məlumat verilib.

Bildiirlib ki, avqustun 12-i saat 01:55-də Yardımlı rayonunun Deman kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən İİR-dan Azərbaycan istiqamətində hərəkət edən 2 nəfər naməlum şəxs müşahidə olunub və sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılaraq xidməti ərazi qapadılıb.

Sərhəd pozucularına sərhəd naryadı tərəfindən “Dayan” komandası verilib, havaya xəbərdarlıq atəşi açılıb. Lakin sərhəd naryadının qanuni tələblərinə məhəl qoymayan sərhəd pozucuları odlu silahdan atəş açaraq sərhədçilərin həyatına təhlükə yaradıb və təqibdən yayınmağa cəhd ediblər.
“Dövlət sərhədi haqqında” Azərbaycan qanununun tələblərinə uyğun olaraq sərhəd naryadı tərəfindən silah tətbiq olunub. Nəticədə 1 nəfər sərhəd pozucusu yaralanaraq saxlanılıb, digəri isə havanın qaranlıq olmasından və relyefin mürəkkəbliyindən istifadə edərək İran ərazisinə qaçmağa müvəffəq olmuşdur. Yaralanmış sərhəd pozucusuna dərhal tibbi yardım göstərilmiş və xəstəxanaya təxliyə edilmişdir. İlkin araşdırma zamanı saxlanılmış şəxsin 1972-cı il təvəllüdlü İran İslam Respublikası vətəndaşı Nadirzadə Ağacan Nasir oğlu olması müəyyən edilmişdir.

Ərazidə aparılan axtarış tədbirləri nəticəsində 1 ədəd bağlamanın içərisində ümumi çəkisi 7 kq 935 qram narkotik vasitəyə bənzər maddə (“marixuana”), bir ədəd tapança və ona məxsus patronlar aşkar olunaraq götürülüb.

Fakt üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğu və Dövlət Sərhəd Xidməti tərəfindən zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO