sonnoqte.az
Xəbər başlıqları
  • 12:37 – İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib 
  • 09:38 – Prezident onları təltif etdi - FOTO 
  • 09:33 – İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirak edir 
  • 10:00 – Ermənistanda hərbi qiyam və çevriliş ssenarisi önə çıxır: Qarabağ klanı ordunu İrəvanın "işğal"ına çağırır 

Səttar Möhbalıyev şəhid ailələrinə və qazilərə daim diqqət göstərir, onların problemlərini yerindəcə həll edilməsi üçün tapşırıqlarını verir

26-11-2021, 11:23 476 dəfə baxılıb

Səttar Möhbalıyev şəhid ailələrinə və qazilərə daim diqqət göstərir, onların problemlərini yerindəcə həll edilməsi üçün tapşırıqlarını verir


Şəhid ailələri hər zaman diqqətimizdədir



Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, millət vəkili Səttar Möhbalıyev paytaxtın Sabunçu rayonunun Ramana qəsəbəsində yaşayan İkinci Qarabağ müharibəsi şəhidi baş leytenant Tural Əsgərlinin ailəsinə baş çəkib. Şəhidin ailə üzvləri ilə söhbətləşən S.Möhbalıyev onların qayğıları ilə maraqlanıb, problemlərini dinləyib.
Bildirib ki, şəhid ailələri və onların valideynləri, qazilər, müharibə iştirakçıları daim dövlətin diqqət mərkəzindədir. Onun sözlərinə görə, dövlətimizin başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bütün bayramlarda və əlamətdar günlərdə onlar ziyarət olunur, sovqatlar və yardımlar paylanılır. Sədr qeyd edib ki, qədirbilən xalqımız bizə düşmən üzərində öz canı bahasına böyük qələbələr yaşatmış şəhidlərimizi heç vaxt unutmayacaq, onların əziz xatirəsini daim uca tutacaq və ehtiram göstərəcək. Milli Məclisin deputatı gətirdiyi hədiyyələri və maddi yardımı Tural Əsgərlinin ailəsinə təqdim edib. S.Möhbalıyev deyib ki, rəhbərlik etdiyi qurum bundan sonra da şəhid ailələrini diqqətdə saxlayacaq, onlara lazım olan maddi-mənəvi dəstəyi göstərəcək.
Qeyd edək ki, baş leytenant Tural Əsgərli Vətən müharibəsində Murovdağ və Kəlbəcər uğrunda gedən döyüşlərdə böyük qəhrəmanlıqlar göstərib. O, 2020-ci il oktyabrın 1-də Kəlbəcər uğrunda gedən döyüşlər zamanı şəhadətə yüksəlib. Prezident İlham Əliyevin sərəncamları ilə o, ölümündən sonra “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.
Şəhidin Sunay və Sevgi adlı iki qız övladı yadigar qalıb.

Səttar Möhbalıyev şəhid ailəsinə baş çəkib



Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyev Bakının Xətai rayonunda yaşayan İkinci Qarabağ müharibəsi şəhidi polkovnik-leytenant Sədi Musayevin ailəsini ziyarət edib.
S.Möhbalıyev şəhid ailəsinin üzləri ilə söhbətləşib, qayğıları ilə maraqlanıb. AHİK sədri onlara Zəfər Günü ilə bağlı hədiyyələr təqdim edib və maddi yardım göstərib.
Görüşdə millət vəkili Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində iştirak edən hər bir əsgər və zabitinin Böyük Zəfərimizin əldə olunmasında misilsiz xidmətlər göstərdiklərini, onların qəhrəmanlıqlarının heç zaman unudulmayacağını vurğulayıb. Bildirib ki, onların döyüş yolu gələcək nəsillər üçün nümunə olacaq, Vətən uğrunda canını fəda edən qəhrəmanlar əbədiyyətədək xalqımızın yaddaşında yaşayacaq.
Şəhidin həyat yoldaşı Gülşad Musayeva göstərilən diqqət və qayğıya görə, Prezident İlham Əliyev başda olmaqla hər kəsə təşəkkürünü bildirb.
Qeyd edək ki, Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Sədi Musayev Vətən müharibəsində Füzulinin azadlığı uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub və II Şəhidlər xiyabanında dəfn olunub. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, o, ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. Şəhidmizin bir oğul və bir qız övladı yadigar qalıb.



“İlin peşəkar gənci” müsabiqəsinin qalibi olmuş təhsil işçiləri mükafatlandırılıb



Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyev AHİK tərəfindən keçirilmiş “İlin peşəkar gənci” müsabiqəsinin qalibi olmuş təhsil işçilərinə Fəxri Diplom, Döş nişanı və vəsiqələr təqdim edib. Qaliblərlə görüş zamanı AHİK sədri onları qazandıqları bu nailiyyət münasibətilə təbrik edib. Sədr, Azərbaycanın gələcəyi olan gənclərin layiqli vətəndaş kimi yetişməsində təhsilin rolundan danışaraq qeyd edib ki, Azərbaycanda təhsil sahəsinin inkişafı prioritet istiqamətlərdən birini təşkil edir. Mütəmadi olaraq təhsil işçilərinin əməyi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qiymətləndirilir. Onlara müxtəlif fəxri adlar verilir, sosial şəraitlərinin yaxşılaşdırılması ilə bağlı addımlar atılır. Bir neçə gün öncə Zəfər Gününün qeyd edilməsini xatırladan S.Möhbalıyev bildirib ki, Azərbaycanın 44 günlük zəfər savaşında yüzlərlə təhsil işçiləri də silaha sarılaraq döyüşlərdə iştirak edib, müxtəlif orden və medallarla təltif ediliblər. 20 nəfər təhsil işçisi isə canını fəda edərək şəhidlik zirvəsinə yüksəlib: “Bu onu göstərir ki, təhsil işçilərimiz həm övladlarımızın milli vətənpərvərlik ruhunda tərbiyə olunmasında əmək sərf edir, həm də lazım gələndə əlinə silah alaraq torpaqlarımızın azadlığı uğrunda ölüm-dirim savaşına qoşularaq canını fəda edir. Biz hər birimiz belə Azərbaycan oğulları ilə fəxr edirik”.
S.Möhbalıyev pandemiya şəraitində təhsil prosesinin həyata keçirilməsinin məsuliyyəti və çətinliklərindən danışaraq qeyd edib ki, təhsil işçilərimiz bu çətinliyin də öhdəsindən uğurla gəlir.Sonra AHİK sədri müsabiqənin qalibi olmuş təhsil işçilərini təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, Fəxri Diplom, Döş nişanı və vəsiqələr təqdim edib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO