sonnoqte.az
Xəbər başlıqları
  • 09:32 – Prezident və xanımı Kəlbəcər sakinləri ilə görüşüblər 
  • 09:11 – Prezident və ailəsi səs verdi 
  • 12:22 – İlham Əliyev Belarus Prezidentini təbrik edib 
  • 12:18 – Prezident: Ermənistan qəsdən vaxt uzadır, öz ərazisində üçüncü tərəflərlə hərbi təlimlər keçirir 

Azad edilmiş ərazilərdə “yaşıl enerji” zonası yaradılacaq - SƏRƏNCAM

3-05-2021, 13:16 222 dəfə baxılıb

Azad edilmiş ərazilərdə “yaşıl enerji” zonası yaradılacaq - SƏRƏNCAM


Prezident İlham Əliyev "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında" sərəncam imzalayıb.
Sərəncamla Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə əlaqədar müvafiq konsepsiyanın və baş planın hazırlanması üçün ixtisaslaşmış beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Energetika Nazirliyinə 1.391.040,0 (bir milyon üç yüz doxsan bir min qırx) ABŞ dollarının manat ekvivalenti məbləğində vəsait ayrılıb.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO