sonnoqte.az
Xəbər başlıqları
  • 08:59 – “İsa bulağı” tam bərpadan sonra - Video 
  • 08:47 – “Orada da olacaq...” demişdi - Sözünü yenə tutdu! 
  • 11:21 – İlham Əliyev Şuşa sutəmizləyici qurğular kompleksinin açılışında iştirak edib 
  • 10:11 – Prezident Şuşada “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib 

Oktay Əhmədov: Müstəqil Azərbaycan güclü bir dövlətdir

26-05-2022, 10:29 333 dəfə baxılıb

Oktay Əhmədov: Müstəqil Azərbaycan güclü bir dövlətdir



Neftçala Rayon Mərkəzi Xəstəxanası Həkim-nevropatoloq Oktay Əhmədov - “28  May  Müstəqillik   Günü  Azərbaycan xalqının tarixində ən şanlı və parlaq səhifələrdən biridir.  Yüz dörd il bundan əvvəl -1918-ci il mayın 28-də Azərbaycan Xalq Cumhuriyyətinin yaradılması ölkəmizin xalqımızın həyatına böyük tarixi hadisə kimi daxil oldu. Qədim və zəngin dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqı özünün azadlığı və müstəqilliyi uğrunda daim mübarizə aparmış, Azərbaycan tarixinin əhəmiyyətli və yadda qalan dövrlərindən olan  XX əsrin əvvəllərində, dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda istiqlaliyyətini elan edib.  1918-ci il may ayının 28-də Şərqdə ilk demokratik dövlət qurluşu kimi yaranmış Azərbaycan Xalq Cumhuriyyəti xalqımızın  müstəqillik tarixinin başlanğıcı olmaqla milli dövlətçilk salnaməsini müstəsna dərəcədə zənginləşdirdi”. 

 1991-ci ilin oktyabr ayında Azərbaycan xalqı  XX əsrdə ikinci dəfə öz müstəqiliyini elan etdi. 1993-cü ilin may-iyun aylarında Azərbaycanda hökumət böhranənən son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyimizin itirilməsinə real təhlükə yarananda xalqın çağrışı ilə ümummilli lider Heydər Əliyev ikinci dəfə həkimiyyətə gəldi və Azərbaycan müstəqilliyinin yeni mərhələsinə qədəm qoydu. 1993-2003-cü illər Azərbaycan tarixinə dirçəliş, inkişaf illəri kimi daxil olub. Ulu öndər Heydər Əliyev demişdi: “ Biz müstəqil Azərbaycan kimi əzəmətli bir abidənin təməlini qoyduq, onu qururuq, yaradırıq. Onu indiki nəsillər üçün yaradırıq, gələcək nəsillər üçün yaradırıq. Bizim üzərimizə şərəfli bir vəzifə düşübdür. Güman edirəm ki hər bir vətəndaş bu vəzifənin yerinə yetirilməsində öz yerini tapacaqdır”.

2003-cü ildən sonrakı dövr  böyük yolun davamı kimi dəyərləndirilir. Cənab İlham  Əliyev 2003-cü ildə xalqın dəstəyini qazanaraq  Azərbaycan  Prezidenti seçildiyi vaxtdan  iqtisadiyyatın bütün sahələrinin, xüsusilə qeyri-neft sektorunun inkişafını, xalqın sosial–rifah halının yaxşılaşdırılması məsələlərini daim diqqətdə saxlayır: “Heydər Əliyev siyasi kyrsunu layiqincə davam etdirməklə yanaşı, həm də dövlət idarəçiliyində yeni məktəbin yaradıcısı olan Azərbaycan Prezidenti cənab İlham Əliyevin müəyyənləşdirdiyi və həyata keçirdiyi hərtərəfli siyasi kurs Azərbaycanın dövlət müstəqilliyini  daha də möhkəmləndirir. Ulu öndər Heydər  Əliyevin layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müəyyənləşdirilən və həyata keçirilən hərtərəfli düşünülmüş siyasət nəticəsində, şanlı  Azərbaycan Ordusu  44 gün davam edən Vətən Müharibəsində işğalçı Ermənistan ordusunu darmadağın edərək  tarixi Zəfərə imza ataraq uzun müddət işğal altında olan torpaqlarımızı azad etdi. Bu, Azərbaycan xalqının böyük tarixi qələbəsidir. Müstəqil daxili və xarici siyasət həyata keçirən Azərbaycanın yalnız regionda deyil,  beynəlxalq  miqyasda söz sahibi olan bir ölkə kimi tanınması, Azərbaycan Prezidentinin rəhbərliyi ilə müəyyənləşdirilən və  həyata  keçirilən hərtərəfli düşünülmüş, müdrik çoxşaxəli siyasət, qazanılmış uğurlar əminliklə  söyləməyə əsas verir ki, Azərbaycanın dövlət müstəqilliyi  əbədi olacaq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO