sonnoqte.az
Xəbər başlıqları
  • 12:37 – İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib 
  • 09:38 – Prezident onları təltif etdi - FOTO 
  • 09:33 – İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirak edir 
  • 10:00 – Ermənistanda hərbi qiyam və çevriliş ssenarisi önə çıxır: Qarabağ klanı ordunu İrəvanın "işğal"ına çağırır 

Ukraynada müharibə üçüncü aya keçdi: cəbhədə ƏN SON VƏZİYYƏT

25-04-2022, 09:27 164 dəfə baxılıb

Ukraynada müharibə üçüncü aya keçdi: cəbhədə ƏN SON VƏZİYYƏT


Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı cəbhədə 25 aprel 06:00-dək olan vəziyyəti açıqlayıb.

Məlumatda deyilir:

"Düşmən müttəfiq qüvvələri darmadağın etmək, Donetsk və Luqansk vilayətləri ərazisinə tam nəzarəti bərqərar etmək, qeyd olunan ərazilərlə işğal olunmuş Krım arasında quru yolunu təmin etmək məqsədilə Şərqi Əməliyyat Zonasında hücum əməliyyatları aparır.
Ukrayna dövlət sərhədinin Ukrayna-Belarus və Ukrayna-Rusiya hissələrini mühafizə edən düşmən bölmələrinin mövqeyində və fəaliyyətində ciddi dəyişiklik aşkar edilməyib.
Slobozhanski istiqamətində rus işğalçıları Xarkov, Karasivka, Prudyanka və Kororboçkino yaşayış məntəqələrini artilleriya və reaktiv yaylım atəşi sistemlərindən atəşə tutmağa davam edir.

Donetsk və Tavriya istiqamətlərində düşmən Ukrayna Silahlı Qüvvələrinin mövqelərini artilleriyadan atəşə tutub. Mariupol şəhərində düşmən “Azovstal” zavodunun ərazisindəki qoşunlarımızın mövqelərinə raket-bombalı zərbələr endirib. Popasna kəndinə hücum əməliyyatları aparır.

Cənub Buq istiqamətində düşmən Knyazivka və Nikolayevka yaşayış məntəqələri ərazilərində qoşunlarımızın mövqelərini atəşə tutub.

Ukraynanın müdafiə qüvvələri düşmənə ağır itkilər verir. Təkcə Donetsk və Luqansk vilayətlərində son 24 saat ərzində düşmənin yeddi hücumu dəf edilib, on üç tank, üç artilleriya sistemi, on yeddi zirehli texnika, dörd zirehli döyüş maşını və on səkkiz maşın və dörd tanker məhv edilib. Ərazidə hava hücumundan müdafiə bölmələri tərəfindən 3 ədəd Orlan-10 pilotsuz uçuş aparatı vurulub" - məlumatda qeyd edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO