sonnoqte.az
Xəbər başlıqları
  • 09:00 – İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO 
  • 09:35 – Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO 
  • 21:33 – Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR 
  • 21:25 – Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ 

Ukrayna cəbhədəki son vəziyyəti açıqlayıb

7-04-2022, 10:42 170 dəfə baxılıb

Ukrayna cəbhədəki son vəziyyəti açıqlayıb


Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahı müharibənin 43-cü günündə cəbhədəki vəziyyəti açıqlayıb.

Məlumatda deyilir:

"İşğalçıların əsas səyləri Ukraynanın şərqində Donetsk və Luqansk vilayətləri ərazisinə tam nəzarəti bərqərar etmək məqsədi daşıyan hücum əməliyyatına hazırlığa yönəlib.
Düşmən Slobojanski, Donetsk, Pivdennobuzski və Tavriya istiqamətlərində fəallığını davam etdirir.
Slobozhanski istiqamətində rus düşməni Xarkov şəhərini mühasirəyə almağa və artilleriyadan atəşə tutmağa davam edir.

Çıxarılan rus bölmələrinin bir hissəsi Rusiya Federasiyasının Ukrayna ilə həmsərhəd olan bir sıra regionlarında çadır şəhərciklərində yerləşir. Rusiya hərbçiləri Ukrayna ərazisində növbəti hərbi əməliyyatlarda iştirak etməkdən imtina edirlər. 

Rusiyanın hərbi komissarlıqları 2012-ci ildən hərbi xidmətdən tərxis olunmuş, sürücü, mexanik-sürücü, kəşfiyyatçı və kiçik komandir hərbi ixtisaslarına malik çağırışçılarla işi gücləndirib. 

Rusiya işğalçıları müvəqqəti işğal etdikləri ərazilərdə dinc əhaliyə qarşı zorakılıq tətbiq etməkdə davam edirlər. Mariupol əhalisi məcburi şəkildə Donetsk vilayətinin müvəqqəti işğal olunmuş rayonlarına deportasiya edilir.

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri ötən gün qanadlı raket, PUA və döyüş təyyarəsi olmaqla üç hava hədəfini vurub. Hərbi Hava Qüvvələri işğalçı qüvvələrə raket və bomba zərbələri endirməyə davam edib".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO