sonnoqte.az
Xəbər başlıqları
  • 09:00 – İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO 
  • 09:35 – Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO 
  • 21:33 – Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR 
  • 21:25 – Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ 

Ukrayna müharibənin 40-cı günündə cəbhədəki vəziyyəti açıqlayıb

4-04-2022, 14:22 188 dəfə baxılıb

Ukrayna müharibənin 40-cı günündə cəbhədəki vəziyyəti açıqlayıb


Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı müharibənin 40-cı günündə cəbhədəki vəziyyəti açıqlayıb.

Məlumatda deyilir:

"Rusiya Federasiyasının hərbi-siyasi rəhbərliyi hərbi hissələrin hərbi vaxt vəziyyətinə gətirilməsi üçün ehtiyatların gizli səfərbər edilməsi tədbirlərinə başlayıb. Namizədlərin seçilməsi zamanı artıq döyüş təcrübəsi olan şəxslərə üstünlük verilir. Səfərbərlik üçün əsas bölgələr də müəyyən edilib: Krasnodar diyarı, Perm vilayəti, Dağıstan Respublikası, İnquşetiya, Kalmıkiya.

Rusiya əhalisi arasında belə bir məlumat yayılır ki, Ukrayna ilə müharibə iştirakçıları qondarma "kuboklar", yəni soyğunçuluq və talan hesabına maddi vəziyyətlərini yaxşılaşdıra bilərlər.
Rusiya Federasiyası Silahlı Qüvvələrinin komandanlığı səfərbərlik zamanı təxminən 60 min insanı cəlb etməyi nəzərdə tutur.

Ukrayna Silahlı Qüvvələrinin zenit-raket qüvvələri 6 hava hədəfini məhv edib: əvvəlki gün üçün üç təyyarə (SU-34, SU-35 və Retranslator İL-22 təyyarəsi), bir helikopter və iki qanadlı raket. 
Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri aviasiyası Rusiya düşmən qoşunlarının toplandığı yerlərə, hərbi texnikanın kolonnalarına və logistika mərkəzlərinə raket zərbələri endirməkdə davam edib.

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin qırıcıları müəyyən istiqamətlərdə düşmən aviasiyasının fəaliyyətinin qarşısını alacaq, zərbə qruplarını əhatə edəcək, bombardman və hücum aviasiyasını həyata keçirəcək".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO