sonnoqte.az
Xəbər başlıqları
  • 22:07 – Prezidentin bir günü... - Fotolar 
  • 11:11 – Prezident və oğlu Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak edib 
  • 10:22 – Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edilib 
  • 10:00 – Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür 

Baydendən yeni müharibə anonsu: "Əsgər atasıyam, bağışlamayacağıq"

27-08-2021, 09:16 202 dəfə baxılıb

Baydendən yeni müharibə anonsu: "Əsgər atasıyam, bağışlamayacağıq"


ABŞ Prezidenti Co Bayden İŞİD-in Əfqanıstanın paytaxtı Kabildə törətdiyi partlayışlarla bğalı mətbuata açıqlama verib.

Xarici KİV xəbər verir ki, o, sözügedən hücumu İŞİD-in Xorasan qrupunun törətdiyini təxmin etdiklərini deyib. Baydenin hücum zamanı həlak olan ABŞ əsgərlərinin həqiqi qəhrəmanlar olduğunu bildirib:

“Bu qəhrəmanlar təhlükəli və həqiqətən məsuliyyətsizlik olmayan vəzifədə başqalarının həyatını xilas etməyə çalışırdı. Misli-bərabəri görünməmiş təxliyyə prosesinin bir parçası idilər. Son 12 saatda hava limanından 7 000 nəfər çıxarılıb. Qəlbimiz ağrıyır. Bütün əfqan ailələri üçün də bu ağrını hiss edirik.  Qəzəbliyik, qəlbimiz qırılıb”.

Bayden oğlu Bau Baydenin İraq müharibəsində xidmət aparmasını vurğulayaraq “Mən bir əsgər atasıyam” söyləyib. O, oğlunun İraqdan qayıtdıqdan sonra xərçəng olduğunu və daha sonra öldüyünü deyib.

“Hazırda müqəddəs məsuliyyətimiz var. Bu gün itirdiyimiz həyatlar  azadlıq, təhlükəsizlik və ABŞ uğrunda itirilib. Hücumu təşkil edənlərə bunu demək istəyirik: Bağışlamayacağıq, unutmayacağıq və əvəzini çıxacağıq. Mənfəətlərimizi əlimdəki bütün imkanlarla qoruyacağam. İŞİD terrorçuları qazanmayacaq. ABŞ belə bir güc nümayişi qarşısında əyilməyəcək” – Bayden bildirib.

Qeyd edək ki, Kabildəki partlayışlar nəticəsində 15 nəfər ölüb, 70-dən çox şəxs yaralanıb. Ölənlər arasında ABŞ əsgərləri də var.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO