sonnoqte.az
Xəbər başlıqları
  • 22:07 – Prezidentin bir günü... - Fotolar 
  • 11:11 – Prezident və oğlu Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak edib 
  • 10:22 – Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edilib 
  • 10:00 – Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür 

Baydendən Əfqanıstan etirafı: Bunu bilirdik, amma...

19-08-2021, 09:20 206 dəfə baxılıb

Baydendən Əfqanıstan etirafı: Bunu bilirdik, amma...


"Əfqanıstandan xaos yaranmadan çıxmağın bir yolu yox idi".

Xarici KİV xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden deyib. O, xaosun qarşısının necə alacağını bilmədiyini deyib:

“Talibanın müstəsna gücə sahib olacağını bilirdik. Amma bilmədiyimiz şeylərdən biri Talibanın insanların ölkədən qaçmaması üçün nə edəcəyi idi”.

Bayden hazırda Talibanla  ABŞ vətəndaşlarının təxliyəsi üçün əməkdaşlıq etdiklərini, onlara icazə verildiyini, lakin ABŞ üçün çalışan əfqan vətəndaşlarının çıxarılmasında çətinliklər olduğunu söyləyib.

Bayden Kabil hava limanındakı müzakirələrə səbəb olan görüntülərə də münasibət bildirib:

“Görüntülərdən sonra düşündüyüm ilk şey o idi ki, buna nəzarət etməli idik. Bu məsələdə daha sürətli hərəkətə keçməyimiz zərurəti idi. Və bunu bacardıq”. 

Bayden ümumilikdə Əfqanıstandan ABŞ səfirliyi personalı da daxil olmaqla 3200 nəfərin təxliyə edildiyini deyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO