sonnoqte.az
Xəbər başlıqları
  • 22:07 – Prezidentin bir günü... - Fotolar 
  • 11:11 – Prezident və oğlu Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak edib 
  • 10:22 – Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edilib 
  • 10:00 – Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür 

Rusiya: "Əfqanıstanda ABŞ-ın İŞİD-lə əməkdaşlığına dair dəlillər var"

23-07-2021, 10:16 246 dəfə baxılıb

Rusiya: "Əfqanıstanda ABŞ-ın İŞİD-lə əməkdaşlığına dair dəlillər var"


“İŞİD terrorçularının fəaliyyət dairəsi içərisində, xüsusilə Əfqanıstanın şimalında  2017-ci ildən bu vaxta qədər qeydə alınan işarəsiz helikopter uçuşları ilə bağlı suallarımız oldu”.

Bunu Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Əfqan mənbələrinə görə, avianəqliyyat vasitələri ilə İŞİD qruplaşmalarına canlı qüvvə, silah-sursat daşınıb, döyüş zonalarından ölü və yaralı terrorçular çıxarılıb” – Zaxarova söyləyib.

XİN sözçüsü bir neçə dəfə səsləndirilən bu məlumatların beynəlxalq təşkilatların diqqətini çəkməsi gərəkdiyini bildirib:

“Əfqanıstan hava sahəsinə tamamilə nəzarət edən  ABŞ və NATO qüvvələrinin məlumatı olmadan bu cür fəaliyyətlər reallaşdırıla bilməzdi. İŞİD-lə qarşıdurmaya girən Taliban mövqelərinə qarşı ABŞ  Hərbi Hava Qüvvələrinin atışları qeydə alınıb. Bu məlumatların ABŞ-la İŞİD terrorçuları arasında əməkdaşlıq olduğunu demək üçün kifayət etdiyinə inanırıq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO