sonnoqte.az
Xəbər başlıqları
  • 11:21 – İlham Əliyev Şuşa sutəmizləyici qurğular kompleksinin açılışında iştirak edib 
  • 09:30 – İlham Əliyev “Qarabağ” və “Palace” hotellərinin açılışında iştirak edib 
  • 12:18 – İlham Əliyev “Zəngilan” tankerinin istismara verilməsi mərasimində iştirak edib - YENİLƏNİB 
  • 11:54 – Vilayət Eyvazov vətəndaşlara təşəkkür etdi - Video 

Bu marşrutlarda gedişhaqqı artırılıb? - BNA-dan AÇIQLAMA

10-01-2022, 11:01 138 dəfə baxılıb

Bu marşrutlarda gedişhaqqı artırılıb? - BNA-dan AÇIQLAMA


Sosial şəbəkələrdə yayılan məlumata görə, Bakıda 18 və 65 nömrəli marşrut xətlərində qiymət artımı ilə bağlı xəbər yayılıb.

Məsələ ilə bağlı Trend-in sorğusuna cavab verən Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, sosial şəbəkələrdə yayılan xəbər həqiqəti əks etdirmir.

"Belə həssas məsələlərlə bağlı fikir bildirənlər diqqətli və məsuliyyətli olmalıdır. Kim iddia edirsə ki, qeyd olunan marşrut xətlərində qiymət artımı var buyursun, ''BakıKart''ını təqdim etsin, biz də araşdıraq. "Faiqoğlu"MMC-nin müvəqqəti istismarında olan 18 və 65 nömrəli marşrut xətləri üzrə ödəniş ''BakıKart'' vasitəsilə nağdsız formadadır. Heç bir qiymət dəyişikliyindən söhbət getmir", - deyə M.Ağayev bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO