sonnoqte.az
Xəbər başlıqları
  • 11:54 – Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər 
  • 21:33 – Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR 
  • 21:25 – Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ 
  • 14:30 – Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub 

Sürücülərin NƏZƏRİNƏ! Bakıda işıqforlarla bağlı CİDDİ DƏYİŞİKLİK - Bundan sonra...

5-02-2021, 11:02 193 dəfə baxılıb

Sürücülərin NƏZƏRİNƏ! Bakıda işıqforlarla bağlı CİDDİ DƏYİŞİKLİK - Bundan sonra...


“Bakıda quraşdırılan işıqforlardakı rəqəm taymerlərinin hamısı yığışdırılmır”.
Bunu Trend-ə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin Mətbuat katibi Mais Ağayev deyib.

O bildirib ki, rəqəm taymerləri əsasən yol qəzaları baş verən ərazilərdəki işıqforlardan yığışdırılır:

“Bununla bağlı mütəmadi olaraq həmin küçələrdə müşahidələr aparılıb, Dövlət Yol Polisi İdarəsindən ardıcıl müraciətlər daxil olub. Müəyyən edilib ki, bəzi küçələrin kəsişməsində baş verən qəzaların əksəriyyətinin səbəbi həmin rəqəm taymerləridir. Əsasən həmin ərazilərdə rəqəm taymerləri piyadaların vurulması ilə nəticələnir. Buna görə də, həmin küçələrdə təhlükəsizliyin təmin edilməsi məqsədilə işıqforlarda olan rəqəm taymerləri yığışdırılır, əvəzində işıqforla tənzimlənən piyada keçidləri quraşdırılır”.

Mais Ağayev bildirib ki, yol qəzaları olmayan küçə və prospektlərdəki işıqforlarda isə rəqəm taymerləri qalmaqdadır və həmin taymerlər yığışdırılmayacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO