sonnoqte.az
Xəbər başlıqları
  • 12:18 – İlham Əliyev “Zəngilan” tankerinin istismara verilməsi mərasimində iştirak edib - YENİLƏNİB 
  • 08:14 – Azərbaycan Polisi 106 yaşında - VİDEO 
  • 10:13 – Prezident Natiq Qasımovla bağlı paylaşım etdi - FOTO 
  • 08:16 – Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib 

“Yaşma” Hadrutda düşmən bölüyünü necə məhv etdi? - DETALLAR

2-08-2021, 12:05 187 dəfə baxılıb

“Yaşma” Hadrutda düşmən bölüyünü necə məhv etdi? - DETALLAR


Azərbaycan Ordusunun şanlı qələbəsi ilə başa çatan Qarabağ Müharibəsinin gedişatı barədə yeni detallar üzə çıxır.

"Yaşma”nın Ermənistanın işğal altındakı torpaqlarımızda yerləşdirilən 3-cü alayının 7-ci bölüyünü tam heyətlə məhv etməsinin detalları aydın olub. 

Belə ki, Ağdamdakı mövqelərindən çıxarılaraq Hadrut istiqamətinə göndərilən batalyon qəsəbəni işğaldan azad etmiş Ordumuza qarşı vuruşmalı idi. 2020-ci il oktyabrın 10-da imzalanmış atəşkəs razılaşmasını pozmağı planlaşdıran düşmən qəfil həmlə ilə Hadrutu yenidən nəzarətə almağı hədəfləyirdi.

Oktyabrın 10-dan 11-nə keçən gecə kapitan Gevorq Gevorqyanın başçılıq etdiyi bölük hücum cəhdlərinə başladı. Bölüyə qarşı döyüşlərə Milli Ordunun "Yaşma” kimi tanınan xüsusi təyinatlı hərbçiləri cəlb olundu. Yüksək döyüş hazırlığı və seçilən düzgün hərbi taktika Hadruta daxil olmağa çalışan düşmən qüvvələrinin mühasirəyə alınmasına səbəb oldu.

5 saat davam edən döyüşdə düşmənin hərbi texnikası, o cümlədən yük maşınları məhv edildi. İşğalçı ordunun 7-ci bölüyünün 72 hərbçisi, başda kapitan Qevorq Qevorqyan olmaqla məhv edildi.

Böyük itkilər verən düşmən Hadruta nəzarəti yenidən ələ keçirmək niyyətlərindən vaz keçməli oldu. Hadrut istiqamətindəki məğlubiyyət Ermənistan ordusunun mənəvi-psixoloji durumuna da mənfi təsir göstərdi.

Mənbə: Modern.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO