sonnoqte.az
Xəbər başlıqları
  • 08:59 – “İsa bulağı” tam bərpadan sonra - Video 
  • 08:47 – “Orada da olacaq...” demişdi - Sözünü yenə tutdu! 
  • 11:21 – İlham Əliyev Şuşa sutəmizləyici qurğular kompleksinin açılışında iştirak edib 
  • 10:11 – Prezident Şuşada “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib 

Türkiyəyə göndərilən iki qazimiz sağalaraq Vətənə döndü - FOTO

3-05-2021, 10:02 196 dəfə baxılıb

Türkiyəyə göndərilən iki qazimiz sağalaraq Vətənə döndü - FOTO


Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən iki qazimiz sağalaraq Vətənə geri dönüb.
Fonddan bildirilib ki, qazilərimiz Həmidov Kamran Qəribxan oğlunun və Quliyev Elnur İbadət  oğlunun Türkiyədəki müalicə proseduru artıq uğurla yekunlaşıb.

Onların qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

“YAŞAT” Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq, hazırda daha 65 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir.

“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. 

Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.

Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: //yashat.gov.az/report/tableau

Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.









Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO