sonnoqte.az
Xəbər başlıqları
  • 10:13 – Prezident Natiq Qasımovla bağlı paylaşım etdi - FOTO 
  • 20:58 – Prezident İlham Əliyev hərbi qulluqçuları təltif edib 
  • 14:26 – Dövlət qulluqçuları təltif edilib - SƏRƏNCAM 
  • 14:26 – Dövlət qulluqçuları təltif edilib - SƏRƏNCAM 

Razi Hüseynov: Azərbaycan demokratik inkişaf tarixinə daha bir uğur səhifəsini yazacaq

9-12-2023, 10:25 68 dəfə baxılıb

Vilayət Eyvazov İlham Əliyevə raport verdi - Günün Səsi


Lerik rayon Dövlət Yol Polisi bölməsinə rəisi, mayor Razi Hüseynov - Dövlət başçısı İlham Əliyevin 7 dekabr 2023-cü il tarixli “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” Sərəncamına uyğun olaraq 2024-cü il fevralın 7-də ölkəmizdə prezident seçkiləri keçiriləcək. Qürurvericidir ki, müstəqillik tariximizdə ilk dəfə olaraq   seçkilər bütün ölkə ərazisində keçiriləcək. Bu, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin qətiyyətinin, “Nəyi, necə və nə vaxt etmək lazımdır bilirəm” prinsipini atdığı addımlarda təsdiqinin, hər bir vədinin reallıqlarda ifadəsini tapmasının göstəricisidir. Prezident İlham Əliyev Azərbaycanın suverenliyinin tam təmin edilməsindən sonra Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə Azərbaycan Bayrağını  ucaldıb, Xankəndidən xalqa müraciətində  son 20 ildə verdiyi bütün vədlərin, qarşıya qoyulan vəzifələrin  icra edildiyini böyük qürur  hissi ilə bildirdi. Növbədənkənar prezident seçkilərini şərtləndirən mühüm amillərdən biri məhz Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin edilməsidir. Bu gün bütün işğaldan azad edilmiş ərazilərimizdə qalibiyyət rəmzi olan üçrəngli bayrağımız dalğalanır, bu torpaqlarda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir, soydaşlarımız mərhələ-mərhələ doğma yurd-yuvalarına qayıdırlar. Qayıdış ünvanlarının sıralanması genişlənir. Hazırda Füzuli, Laçın şəhərləri, Ağalı, Talış, Zabux kəndləri sakinlərinə qovuşublar. Növbəti ünvan Xankəndidir.”


Növbədənkənar seçkilərin keçirilməsi dünyada qəbul olunmuş siyasi təcrübədir. Növbəti seçkilər bəzi hallarda  təxirə salınır, bəzi hallarda isə vaxtından əvvəl keçirilir. Azərbaycan bu təcrübəni ötən parlament seçkilərində də tətbiq etdi. Belə ki, ölkəmizdə bütün sahələrdə dərin islahatlar prosesi həyata keçirilir. Azərbaycanın ictimai-siyasi həyatında aparıcı rol oynayan, cəmiyyətin avanqard qüvvəsinə çevrilən, qəbul etdiyi qərarları, irəli sürdüyü təşəbbüsləri ilə ölkəmizin hərtərəfli inkişafına töhfələr verən Yeni Azərbaycan Partiyası 2019-cu ilin sonlarında islahatların qanunverici orqanda da öz əksini tapması üçün parlamentin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Prosedur qaydalarına uyğun olaraq atılan addımların nəticəsi kimi dövlət başçısı İlham Əliyevin müvafiq Sərəncamı əsasında 2020-ci ilin 9 fevral tarixində ölkəmizdə növbədənkənar parlament seçkiləri keçirildi. Azərbaycanın bu addımı beynəlxalq miqyasda demokratik inkişafın daha da möhkəmləndirilməsi istiqamətində atılan  növbəti addım kimi dəyərləndirildi. Ölkədə hökm sürən  ab-havanın göstəricisi təbii ki,  seçkilərdir. İlk gündən demokratik cəmiyyət quruculuğu yolunu tutan Azərbaycan daim bu dəyərlərə hörmətlə yanaşır, onların sözdə deyil, əməldə öz təsdiqini tapmasını sübut edir. Bu gün ölkəmizdə bütün demokratik təsisatlar uğurla fəaliyyət göstərir. Seçkilərin demokratik, azad, beybəlxalq standartlara uyğun keçirilməsini təmin edən qanunvericilik bazası mövcuddur. 2003-cü ildə qəbul edilən Seçki Məcəlləsi dövrün tələblərinə uyğun olaraq təkmilləşdirilir, hər bir seçkil prosesinin, ümumxalq səsverməsinin  demokratikliyini, şəffaflığını təmin edir. Dövlət başçısı İlham Əliyevin “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” Sərəncamında da bu mühüm müddəa öz əksini tapıb ki, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası növbədənkənar  prezident seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etsin.

Seçkilər növbədənkənar keçirildiyindən vətəndaşlarımız siyasi iradələrini vaxtından əvvəl ifadə edəcəklər. Bu seçkilər qətiyyətli Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin özünə inamının, xalqın siyasi dəstəyinə əminliyinin ən bariz göstəricisidir. Dövlətinə, xalqına bağlılığını hər addımda nümayiş etdirən, Prezident kimi jurnalistlərə ilk müsahibəsində böyük əminliklə qeyd etdiyi “Demişəm, Azərbaycan xalqı görəcək ki, mən Azərbaycan ücün, xalqımız üçün yaxşı Prezident olacağam” vədini doğruldan dövlət başçısı İlham Əliyevə milyonların sevgisi tükənməzdir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin torpaqlarımızın xilaskarı, qalib Sərkərdə kimi adını tariximizə qızıl hərflərlə yazdırması böyük qətiyyətin, səylərin nəticəsidir. Ermənistanın baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” sərsəm bəyanatına cavab olaraq “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyan edib bunu bir il sonra döyüş meydanında şanlı Zəfərimizlə təsdiqləyən Prezident İlham Əliyev bu çağırışı etdi ki, Qarabağ məsələsi bizim üçün milli qürur məsələsidir. “Qarabağ Azərbaycandır və nida işarəsi” 44 günlük Vətən müharibəsinin rəmzinə çevrildi. Tam əminliklə deyə bilərik ki, xalqımız Qalib Prezidentinin ətrafında dəmir yumruq kimi birləşərək seçkilərdə Onun yanında olacaq, möhtərəm Prezidentimizin  müdrik daxili və xarici siyasətini, o cümlədən Qarabağda və ölkənin digər bölgələrində quruculuq işlərinə fəal şəkildə öz töhfələrini verəcəklər. Bu gün Azərbaycan yaratdığı reallıqlarla regionda böyük dəyişiklikərin, dünya siyasətində yeniliklərin təşəbbüskarıdır.

Regionda tam müstəqil siyasət həyata keçirən bir ölkənin olması və Azərbaycanın Qələbəsini həzm edə bilməyən dövlətlərin təxribatlarının qarşısını almaq üçün siyasi sistemin daha da gücləndirilməsi strateji əhəmiyyət kəsb edir. Bu mühüm məqamı xüsusi qeyd etməliyik ki, siyasi sistemin təkmilləşdirilməsi dövlətimizin siyasətində əsas hədəflərdən biridir. Bu sırada “Siyasi partiyalar haqqında” yeni Qanunun qəbulunu, bütün siyasi partiyalara demokratik şəraitdə fəaliyyət göstərmələri üçün zəruri imkanların yaradıldığını qeyd edə bilərik. Seçki Məcəlləsinə əsasən bütün namizədlər bərabər hüquqa malikdirlər və bərabər öhdəliklər daşıyırlar. Onu da qeyd edim ki, növbədənkənar prezident seçkilərinin keçirilməsinə dair qərar ölkədə siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması  prosesinin tamamlanmasından sonra qəbul olunub. Bununla da seçkilərdə iştirak etmək üçün dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara imkan yaradılıb. Bu yanaşma ölkədə ədalətli rəqabət mühitinin təmin ediməsinin bariz nümunəsidir. Bu baxımdan  seçkilərin keçirilməsi ilə bağlı  istənilən narazılıq yalnız qərəzli mövqeyin və məhdud potensialın təcəssümü kimi dəyərləndirilir.

Dövlət başçısı İlham Əliyevin növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı Sərəncamı “Heydər Əliyev İli”ndə görülən işlərin, bu günədək verilən vədlərin reallıqda təsdiqini tapmasının hesabatıdır. Uğurlarla, zəfərlərlə zəngin olan bu hesabat növbəti Qələbəmizin aydın mənzərəsini təqdim edir. Heç şübhə yoxdur ki, Azərbaycan demokratik inkişaf tarixinə daha bir uğur səhifəsini yazacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO