sonnoqte.az
Xəbər başlıqları
  • 11:02 – Prezidentdən Xankəndi, Xocalı, Xocavənd və Ağdərə ilə bağlı SƏRƏNCAM 
  • 15:51 – Rüstəm Xəlilov Salyanın icra başçısı təyin olundu 
  • 12:24 – Prezident Əlcəzairin yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB 
  • 09:33 – Prezident “Xəqani” bağında yaradılan şəraitlə tanış oldu - YENİLƏNİB 

Toğrul Mahmudov: Proseslər Azərbaycanın xeyrinə inkişaf edir

31-08-2023, 11:47 140 dəfə baxılıb

Vilayət Eyvazov İlham Əliyevə raport verdi - Foto


Cəbrayıl Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Toğrul Mahmudov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Toğrul Mahmudovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Toğrul Mahmudov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Cəbrayıl Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Toğrul Mahmudova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Toğrul Mahmudov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Toğrul Mahmudov özünü doğruldub. Bizdə hörmətli Toğrul Mahmudovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Cəbrayıl Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Toğrul Mahmudov - Azərbaycanın haqq davası olan 44 günlük Vətən Müharibəsi zamanı 30 ilə yaxın müddət ərzində düşmən tapdağı altında qalan torpaqlarımız Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun sücayəti sayəsində işğaldan azad edildi və tarixi ədalət bərpa olundu. Bu müharibə xalqımızın milli həmrəyliyinin, öz haqqı uğrunda mübarizə aparmaq əzminin nümayişi oldu. 
Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti  İlham Əliyev bu qələbənin müəllifi kimi torpaqlarımızı işğaldan məhz güc yolu ilə azad edərək Ermənistanın müdafiəsinə qalxmış dövlətlərə və siyasi mərkəzlərə öz yerlərini göstərdi. Beləliklə, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini, ATƏT-in qərarlarını yerinə yetirməklə 30 ilə yaxın idi ki, təhdid mənbəyi olan münaqişəyə son qoydu, ərazi bütövlüyünü təmin etdi.
44 günlük Vətən Müharibəsindəki şanlı Zəfərimizdən sonra regionda yeni geosiyasi vəziyyət yaranıb,  bu proseslər Azərbaycanın xeyrinə davam edir.  Çunki, bu gün Azərbaycan sözün əsl mənasında həm Beynəlxalq aləmdə, həm də regionda böyün nüfuza sahib olan bir dövlətdir.
Azərbaycanın  öz suveren ərazisində sərhəddə nəzarət-buraxılış məntəqəsi təsis edilməsi ölkəmizin suveren hüququdur və bu Beynəlxalq konvensiyalara tam uyğundur. Qeyd edək ki, “Laçın” sərhəd-buraxılış məntəqəsi təsis edilənə qədər separatçılar Laçın-Xankəndi yolu ilə qeyri-qanuni silah daşınmasını həyata keçirirdilər ki, bu da Azərbaycanın təhlükəsizliyinə ciddi təhdid idi.
Bu gün “Laçın” sərhəd-buraxılış məntəqəsi Azərbaycanın suverenliyini və təhlükəsizliyini təmin edir. 23 aprel 2023-cü il tarixində Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması Azərbaycan dövlətinin ən böyük uğurlarından biridir.
Tam əminliklə deyə bilərik ki, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi və yorulmaz fəaliyyəti nəticəsində ölkəmiz yeni yeni uğurlara, yeni yeni qələbələrə imza atacaqdır.
Bu gün Azərbaycan müstəqil siyasət yürüdür və öz milli maraqları çərçivəsində, Beynəlxalq hüquq normalarına əsaslanaraq öz siyasi mövqeyini ortaya qoyur. Məhz bu siyasətin nəticəsidir ki, Azərbaycan nəinki regionda, Beynəlxalq aləmdə böyük nüfuz sahibi olan bir dövlətə çevrilmişdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO