sonnoqte.az
Xəbər başlıqları
  • 11:02 – Prezidentdən Xankəndi, Xocalı, Xocavənd və Ağdərə ilə bağlı SƏRƏNCAM 
  • 15:51 – Rüstəm Xəlilov Salyanın icra başçısı təyin olundu 
  • 12:24 – Prezident Əlcəzairin yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB 
  • 09:33 – Prezident “Xəqani” bağında yaradılan şəraitlə tanış oldu - YENİLƏNİB 

“Suyun Səsi” İstirahət Mərkəzi özəl və rahat istirahət sevən cütlüklər və ailələr üçün doğru seçimdir

25-08-2024, 23:03 72 dəfə baxılıb



Məlumdur ki, hər bir xalq xoşbəxt gələcəyə olan ümidini daha çox özünün igid, mərd, qeyrətli, işgüzarlığı sevən, doğma xalqına bağlı olan, Vətənin hər qarış torpağını göz bəbəyi kimi qorumağa çalışan övladlarına bağlayır və bu danılmaz bir həqiqətdir. Unutmaq olmaz ki, illər keçib zaman dəyişdikcə nəsillər də dəyişir, bəşəriyyət yeni inkişaf mərhələsinə qədəm qoyur. Odur ki, belə bir göstəriciləri özündə cəmləşdirən vətən övladları hər tarixi zamanda vətəndaşı olduqları dövlətin gələcəyini, inkişaf istiqamətini müəyyənləşdirən əsas qüvvəyə çevrilirlər. Keçmişə nəzər salsaq görərik ki, tarixin bütün dönəmlərdə onların üzərinə xüsusi missiyalar düşüb və həmin şəxslər təmsil etdikləri ölkələrə lazımi töhfələrini töhfələrini bəxş ediblər, əsl vətəndaş mövqelərini ortaya qoyublar. Bəli, yaxın-uzaq tariximizin hər dönəmində xalqımıza başucalığı gətirən, qürurlu adları ilə hər kəs tərəfindən sevilən neçə-neçə Vətən övladları olub ki, onlar atdıqları addımları ilə şanlı tariximizdə silinməz izlər buraxıblar. Çünki, Azərbaycan xalqına məxsus yüksək insani keyfiyyət, əxlaqi və mənəvi dəyərlər, həmçinin digər göstəricilər var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olduğunu sübuta yetirir. Unutmaq olmaz ki, xarakterik xüsusiyyətində sədaqətli, əliaçıq, səxavətli olmağı bacaran, həmçinin xalqının və doğma Vətəninin yolunda özünü sipər etməyə qadir olan övladları tarix az-az yetişdirsə də, onların içərisində mayak olanlar, məhz öz şəxsi keyfiyyətləri və cəmiyyətdə tutduqları mövqelərə görə seçilən olurlar. Haqqında bəhs etdiyimiz, hansı ki, əsl xalq sevgisini qazanan, xeyirxah əməlləri, yüksək insani keyfiyyəti, vətənpərvərlik hissinin coşqusu ilə ad-san çıxaran vətən övladlarından biri də Suyun Səsi - Ailəvi İstirahət Mərkəzinin rəhbəri Aqşin Şamiyevdir.

Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Suyun Səsi - Ailəvi İstirahət Mərkəzinin rəhbəri Aqşin Şamiyevin keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Suyun Səsi - Ailəvi İstirahət Mərkəzinin rəhbəri Aqşin Şamiyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Aqşin Şamiyevin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Aqşin Şamiyev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Suyun Səsi - Ailəvi İstirahət Mərkəzinin rəhbəri Aqşin Şamiyevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.


“Suyun Səsi” Ailəvi İstirahət Mərkəzi Tovuz şəhərindən bir az aralıda, Avdal kəndində yerləşir.
İstirahət mərkəzi dağların ətəyində, Zəyəm çayının mənsəbində zümrüd yaşılı meşələrin və başı qarlı dağlarıyla göz qamaşdıran təbiətin tam qoynundadır. Yolun kənarında müasir üslubda inşa olunmuş otelimiz 2020-ci ildən etibarən fəaliyyət göstərir. Oteldə Zəyəm çayının axar suyundan inşa edilmiş göl mövcuddur. İlin istənilən fəslində burada gölün füsünkar mənzərəsindən yararlanmaq olar. Həmçinin isti yay aylarında otelin həyətində olan köşk-çardaqlar və göl çimərlik olaraq istifadəyə verilir. Burada qonaqların piknik etməsi üçün müvafiq şərait yaradılır. Otelimizdə böyük yığıncaq və məclislərin keçirilməsi üçün də əlverişli şərait mövcuddur. Həmçinin istirahət mərkəzimizdə uşaqlar üçün su və digər oyun atraksiyonları da quraşdırılıb. “Suyun Səsi” İstirahət Mərkəzi özəl və rahat istirahət sevən cütlüklər və ailələr üçün doğru seçimdir.


Restoran

Suyun Səsi restoranında çalışan təcrübəli aşbazların hazırladığı nəfis təamların dadından doymayacaqsız.

Ödənişsiz WiFi

İstirahət mərkəzinin bütün ərazisində Wi-Fi xidməti daima qonaqlarımızın istifadəsindədir.

Təhlükəsizlik

Təhlükəsizliyinizi nəzərə alaraq, bütün ərazi güvənlik kameraları ilə izlənilir və 24 saat qorunur.

VIP Otaqlar

Otelimizdə müasir kondisionerli otaqlarda panoramalı pəncərələr və düz ekranlı televizor var.

Qeydiyyat Şöbəsi






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO