sonnoqte.az
Xəbər başlıqları
  • 19:43 – Prezident İlham Əliyevin Cəbrayılda yerli sakinlərlə görüşü | CANLI 
  • 08:37 – İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib - VİDEO 
  • 12:40 – Prezident Milli Qəhrəman Natiq Qasımovdan danışdı 
  • 12:36 – Prezident: İrəvan sülh istəyirsə, günahkarları cəzalandırmalıdır 

“İCELAND” BRENDİ DONDURMA İSTEHSALI SAHƏSİNİN LİDERİDİR

2-07-2024, 12:24 84 dəfə baxılıb



Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Camal LTD iceland dondurma şirkətinin rəhbəri Adil Məmmədovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Adil Məmmədov Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.

Adil Məmmədov Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.

Camal LTD iceland dondurma şirkətinin rəhbəri Adil Məmmədov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Adil Məmmədovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Adil Məmmədov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Camal LTD iceland dondurma şirkətinin rəhbəri Adil Məmmədova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

26 İL DAVAM EDƏN YOLU - CAMAL LTD şirkəti bugün keyfiyyətli məhsulları ilə Azərbaycanın dondurma tələbatının böyük hissəsini ödəmək qabiliyyətindədir, CAMAL LTD yerli dondurma bazarının lideridir və onun “ICELAND” brendi isə ən nüfuzlu dondurma markasıdır!
Əlbəttə ki, qida sektorunun ən çox inkişaf etmiş rəqabətli bazarında – dondurma istehsalı sahəsində lider olmaq asan məsələ deyil. Bu halda “Camal” LTD bu rəqabətli bazarda lider olmağı necə bacarıb?
Bu suala cavab tapmaq üçün şirkətin olduqca səmərəli keçən, zəngin təcrübələri ilə yadda qalan 25 illik fəaliyyətinə qısaca nəzər salaq.
25 yaşlı “Camal” LTD-nin gördüyü işlərə nəzər saldıqda aydın görmək olur ki, əldə etdiyi nailiyyətlərlə kifayətlənməmə, sürətli inkişafa təkan verən yeniliklərin tətbiqində maraq göstərmə, müştəri məmnunluğunun hər bir zaman yüksək səviyyədə saxlanılmasını təmin etmə, bazarda hökmran mövqeyə yüksəldən əsas səbəblərdir. Bu gün şirkətin əsas hədəfi düzgün keyfiyyət və istehsal siyasətini davam etdirmək, alıcıların etimadını daha da artırmaq və Azərbaycan məhsulu olaraq İCELAND ticarət nişanlı dondurmaları dünya bazarında tanıtmaqdır.

1998
“ICELAND” ticarət markasının tarixi 1998-ci ildən, yəni şirkətin təsisçiləri dondurma istehsalı zavodu yaratmaq qərarına gəldikdən sonra başlayıb Kiçik bir istehsal sexindən ibarət olan zavodun yaradılmasının ilkin dövrlərində dondurma istehsalı üçün Türkiyəyə məxsus texnologiya və avadanlıqlardan istifadə edilib.

2000
2000-ci ildə müəssisə ilk dəfə olaraq yerli dondurma məhsullarını qablaşdırmağa başlayıb və bənzərsiz dadı ilə yadda qalan “Bakinka” adlı ilk brendini satışa çıxarıb.

2002
2002-ci ildən etibarən müəssisədə Avropanın aparıcı markalarının avadanlıqlarının alınmasına və dondurma istehsalı üçün müasir texnologiyaların tətbiqinə başlandı.

2008
2008-ci ildə 10 illiyini qeyd edən şirkət artıq Avropa təcrübəsi və standartlarına cavab verən istehsal sahəsinə malik idi.

2012
2012-ci ildən müəssisədə istehsal sahəsində məhsulların sınağının həyata keçirilməsi üçün kimyəvi–mikrobioloji laboratoriya yaradılaraq AZS İSO/İEC 17025:2009 standartına uyğun akkreditasiya olunmuşdur.

2013
2013-cü ildən müəssisədə “İSO 22000-2005” beynəlxalq standartların tələblərinə əsasən qida məhsullarının təhlükəsizliyi menecment sistemi tətbiq olub.

2015
2015-ci ildə “ICELAND” ticarət nişanı premium-klas seqmentində xarici dondurma bazarlarını fəth etmək üçün böyük potensiala malik "SEVGİ" brendi ilə öz dondurma kolleksiyasını gücləndirdi. Hal-hazırda şirkətin istehsal etdiyi məhsul çeşidlərinin sayı 100-dən artıqdır.

2019
2019-cu ildən böyük həcmli dondurma ixracı ilə beynəlxalq satış arenasına çıxan ilk yerli müəssisə olan “Camal” LTD hazırda Azərbaycanın dondurma sahəsi üzrə ən əsas ixracatçı şirkətlərindən biridir. Sevindirici haldır ki, daxili bazarda əhəmiyyətli yerə sahib olan “İCELAND” dondurmaları - Türkiyəni, Gürcüstanı, Fələstini, İraqı, Türkmənistanı, İsrail hətta uzaq Afrika ölkələrini belə fəth edə bilib.
2023-cü ildə ixrac coğrafiyamızı daha da genişləndirməyi hədəfləyiriq.

2023
Şirkət hazırda bir-birindən fərqli dadı, yüksək keyfiyyəti ilə seçilən, yalnız Azərbaycan bazarının deyil, xarici ölkələrin də dondurma sevərləri tərəfindən böyük zövqlə yeyilən 100-dən çox məhsul çeşidi təqdim edir.









Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO