sonnoqte.az
Xəbər başlıqları
  • 11:54 – Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər 
  • 21:33 – Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR 
  • 21:25 – Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ 
  • 14:30 – Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub 

İdmansevərlərə şad xəbər – “Neftçi” İdman Klubunun yeni zalı açıldı! -Fotolar

5-03-2023, 22:40 146 dəfə baxılıb

İdmansevərlərə şad xəbər – “Neftçi” İdman Klubunun yeni zalı açıldı! -Fotolar


aia.az xəbər verir ki, bu günlərdə ölkənin idman ictimaiyyətini və bütün idmansevərləri sevindirəcək növbəti açılış baş tutub. “Neftçi” İdman Klubunun yeni zalı nəhayət ki, fəaliyyətə başlayıb. Xatırladaq ki, “Neftçi” İdman Klubunun rəhbəri və baş məşqçisi şərq əlbəyaxa döyüş növləri üzrə dəfələrlə dünya və Avropa çempionu olmuş Rafet Əsədovdur. Rafet müəllim uzun illər Milli yığma komandanın tərkibində ölkəmizi dünya və Avropa çempionatlarında ləyaqətlə təmsil etmişdir. Bu gün də Rafet Əsədov Azərbaycanda idmanın inkişafına dəyərli töhfələr verməkdədir. O cümlədən, “Neftçi” İdman Klubunun bu yaxınlarda açılmış yeni zalı da gənc nəslin narkomaniyadan və digər zərərli vərdişlərdən uzaq olmalarında, sağlam həyat tərzinə və idmana cəlb olunmalarında, milli-vətənpərvər ruhda formalaşmalarında önəmli rol oynayacaqdır.

Qeyd edək ki, indiyədək “Neftçi” İdman Klubunun yetirmələri bir çox idman növlərində istər respublika daxili, istərsə də beynəlxalq yarış və turnirlərdə ləyaqətlə təmsil olunub, yüksək nəticələr əldə ediblər. Bu idmançılar dəfələrlə xarici ölkələrdə müqəddəs üçrəngli bayrağımızı ən yüksəyə qaldırmış, himnimizi səsləndirmişlər. Mətbuata verdiyi açıqlamasında Rafet Əsədov klubun yeni zalında da daha yüksək nəticələr qazanmaq üçün əllərindən gələni əsirgəməyəcəklərini vurğulayıb. Yeni açılmış zalda kikboksinq, kunq-fu, MMA, qreplinq, boks, cüdo və gimnastika seksiyaları fəaliyyət göstərir. Bütün bu idman növləri üzrə 6 yaşından yuxarı oğlanlar və qızlar məşqlərə dəvət olunurlar. Qeyd edək ki, məşqlər dünya və Avropa çempionları, peşəkar məşqçilər tərəfindən keçirilir.

Xatırladaq ki, “Neftçi” İdman Klubunun yeni zalı Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsində, 3 saylı tam orta məktəbin yanında yerləşir. Əgər siz də övladlarınızın sağlam və güclü böyümələrini istəyirsinizsə, onları əminliklə “Neftçi” İdman Klubunun peşəkar idman kollektivinə etibar edə bilərsiniz.








Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO