sonnoqte.az
Xəbər başlıqları
  • 11:54 – Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər 
  • 21:33 – Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR 
  • 21:25 – Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ 
  • 14:30 – Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub 

“Qartal” idman klubuna yeni vitse-prezident təyin olundu -Fotolar

19-11-2022, 14:07 99 dəfə baxılıb

“Qartal” idman klubuna yeni vitse-prezident təyin olundu -Fotolar


“Qartal” peşəkar idman klubu Azərbaycanda 1998-ci ildən fəaliyyət göstərir. Klub 1998-ci ildə 6 qat dünya çempionu Hidayət İbrahimov tərəfindən təsis edilib və indiyə qədər ölkənin ən güclü idman klublarından biri kimi özünü doğruldur. 2003-cu ildən kluba Yaqub İbrahimov rəhbərlik edir. Klubun yetişdirdiyi idmançılar müxtəlif idman növləri üzrə dəfələrlə yüksək nəticələr əldə ediblər. 2003 – 2005-ci illərdə “Qartal” idman klubu Klublararası Dünya Kuboku Yarıshlarında ən fəal klub olaraq ən yüksək pillədə yer almışdır. 2011 – 2016-ci illər ərzində ardıcıl olaraq ilin ən yaxşı idman klubu seçilmişdir. Bu günə qədər klubda müxtəlif idman növləri üzrə 20-dən artıq dünya və Avropa çempionları, Azərbaycan çempionları və yığma komandanın tərkibində yer almış idmançılar yetişmişdir. Hazırda “Qartal” idman klubunun Bakı şəhərində 7 və ölkə üzrə 17 filialında ümumilikdə 300 nəfərdən çox idmançı qeydiyyatdan keçmişdir.

aia.az xəbər verir ki, bu günlərdə “Qartal” idman klubuna Elman Paşayev yeni vitse-prezident təyin edilib. Qeyd edək ki, Elman Paşayev idmanın peşəkar universal döyüş və MMA növləri ilə fəal şəkildə məşğul olur. Dəfələrlə reytinq yarışlarının qalibi olmuş və bu yarışlarda reytinq kəmərləri əldə etmişdir. Azərbaycan çempionu və dünya ikincisidir.

Biz də öz növbəmizdə Elman müəllimi bu yeni təyinat münasibətilə təbrik edir, ona yeni işində Azərbaycan idmanının inkişafı naminə daha yüksək uğur və nailiyyətlər arzulayırıq.

Tahir Həsənov








Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO