sonnoqte.az
Xəbər başlıqları
  • 13:05 – Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR 
  • 09:00 – İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO 
  • 11:54 – Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər 
  • 09:35 – Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO 

Tibb Universitetinin ərazisindəki park biganəlikdən və baxımsızlıqdan məhv olmaq üzrədir - FOTOLAR

5-07-2022, 15:40 174 dəfə baxılıb

Tibb Universitetinin ərazisindəki park biganəlikdən və baxımsızlıqdan məhv olmaq üzrədir - FOTOLAR


Bu gün paytaxt Bakının günbəgün gözəlləşməyindən, doğma şəhərimizdə yeni-yeni park və xiyabanların, yaşıllıqların salınmasından yazdıqca adam ruhu da təzələnir. Bəzən hətta qapalı otaqda, kompüter arxasında oturduğunu belə unudub, özünü həmin səfalı guşələrdən birində hiss edirsən. Həqiqətən də Bakının siması son illər ərzində çox dəyişib. Əlbəttə ki, yaxşıya doğru. Amma təəssüflər olsun ki, bəzən də şəhərimizdə bu deyilənlərin tam əksinə gedən prosesləri müşahidə etmək məcburiyyətində qalırıq. Yox, bu dəfə yaşıllıqlara qənim kəsilən hansısa vandallardan danışmaq, ağacları kəsib yerində ticarət köşkü inşa edən eko-canilərdən danışmaq niyyətində deyiləm. Bu dəfə mövzu bir qədər fərqlidir. Amma bir tərəfdən də baxanda, əlinə balta alıb yaşıl ağacı doğrayan biri ilə, öz ərazisində yerləşən yaşıllıqların baxımsızlıq ucbatından quruyub getməsini biganəliklə seyr edən insan arasında çoxmu böyük fərq var..?

Bu günlərdə redaksiyamızın elektron poçtuna Azərbaycan Tibb Universitetinin bir qrup müəllim və tələbələri tərəfindən göndərilmiş bir məktub daxil oldu. Məktubda bildirilir ki, universitetin qarşısında yerləşən məhşur park baxımsızlıq ucbatından az qala quruyub məhv olmaq üzrədir. Düzü ilk öncə yazılanlara inanmaq istəmədim. Çünki son bir neçə ildə həmin əraziyə yolum düşməsə də, sözügedən parka yaxşı bələdəm. Dəfələrlə dost-tanışla yaxınlığında, ərazisində oturub dərdləşdiyimiz də olub. Düşündüm ki, təbiətin neməti olan belə bir cənnətməkan guşəni necə baxımsız qoymaq olar? Əvvəllər ərazisi elə də böyük olmayan həmin parkın sulandığının da, yerə tökülən xəzəldən təmizləndiyinin də, ağacların diblərinin belləndiyinin, gövdələrinin isə əhəngləndiyinin dəfələrlə özüm şahidi olmuşam. Bəs görəsən indi nə dəyişib?

Şübhələrimə son qoymaq üçün bütün işlərimi bir kənara qoyub, özüm həmin əraziyə yollandım. Kaş getməyəydim. Etiraf edim ki, gördüklərim sözün əsl mənasında məni sarsıtdı. Həqiqətən də bir vaxtlar ATU-nun müəllim və tələbələrinin sevimli istirahət məkanı olan bu park indi sanki son günlərini yaşamaq üzrədir. Səliqəsizlik, parkın yer örtüyünün köhnəlib siradan çıxması, ümumi rahatsızlıq bir yana qalsın, ağac və kolların vəziyyəti, xüsusən də qurumaqda olan zeytun ağacları əməlli-başlı ürək ağrıdırdı. Bəlkə də bu bicarə bitkilərin dilləri olsaydı ötüb keçənlərdən su istəyərdilər.

Park hasara alındığından belə qənaətə gəlmək olur ki, bu ərazi Tibb Universitetinin balansından çıxarılmayıb. Bəs elə isə bu baxımsızlığın səbəbi nədir? Yenə də bir qədər öncə özümə verdiyim sual ağlımdan keçdi – görəsən indi nədəyişib? Və birdən xatırladım ki, dəyişən universitetin rəhbərliyidir. Bəli, səhv etmirəmsə 2016-cı ildə ATU-nun rektoru vəzifəsinə professor Gəray Gəraybəylı təyin olunub. Ola bilərmi ki, Gəray müəllimin başı elm və təhsil işlərinə o qədər qarışıb ki, ərazidəki yaşıllıqlara qayğı lazım olduğunu tamam unudub? Yox, bu mülahizə heç inandırıcı deyil. Niyə? Ona görə ki, bir həkim kimi, həm də bir psixiatr kimi, hörmətli professor bu yaşıllıqların insan orqanizminə müsbət təsirini hamıdan da yaxşı bilməlidir. Bəlkə universitetin bağban ştatı saxlamağa maliyyə durumu yol vermir? Bəs belədirsə, onda parkı digər qurumun, deyək icra hakimiyyətinin balansına niyə keçirmirlər? Ən azından yaşıllaşdırma idarəsi bu ağaclardan suyu əsirgəməzdi. Nə isə, belə sualları da çox vermək olar, onlara müxtəlif cavabları da... Amma bütün bunlar problemi həll etmir. Problem isə budur ki, şəhərin düz mərkəzində böyük bir ərazidə neçə ilin zeytun ağacları, min-bir əziyyətlə ərsəyə gətirilmiş yaşıllıqlar məhv olmaq üzrədir.

Bir bu şəkillərə siz də baxın. Baxın və deyin, həyəcan təbili çalmağın vaxtıdır, yoxsa yox?

Elbrus Bagırov







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO