sonnoqte.az
Xəbər başlıqları
  • 11:54 – Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər 
  • 21:33 – Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR 
  • 21:25 – Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ 
  • 14:30 – Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub 

Azərbaycan idmançısı Nicat Əliyev Universal döyüş idman növü üzrə peşəkarlar arasında “Dünya kəməri”nə sahib olub - FOTOLAR

30-05-2022, 11:43 189 dəfə baxılıb

Azərbaycan idmançısı Nicat Əliyev Universal döyüş idman növü üzrə peşəkarlar arasında “Dünya kəməri”nə sahib olub - FOTOLAR


Bu gün bütün dünyada olduğu kimi, Azərbaycanda da əlbəyaxa döyüş növlərinə maraq getdikcə artır. Əlbəttə ki, bu yönümdə Azərbaycan Universal Döyüş Federasiyasının fəaliyyəti xüsusilə qeyd olunmalıdır. Federasiyanın prezidenti, SSRİ İdman ustası, Əməkdar Məşqçi, Azərbaycan Respublikası Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Azər Həsənovun ciddi səyləri nəticəsində son vaxtlar ölkəmizdə əlbəyaxa döyüş növləri ilə məşğul olan idmançıların peşəkarlıq səviyyəsi də xeyli yüksəlmişdir.

Azərbaycan Universal Döyüş Federasiyasından AİA.Az-a verilən məlumata görə 26-30 may 2022-ci il tarixlərində Özbəkistanın Daşkənd şəhərində Universal döyüş idman növü üzrə növbəti dünya çempionatı keçirilib. Dünyanın 50-dən artıq ölkəsindən 700-dən çox idmançının qatıldığı bu çempionatda ölkəmiz 23 idmançı ilə təmsil olunub. Çempionatın gedişində, may ayının 28-də ilk dəfə olaraüq peşəkarlar arasında “Dünya kəməri” uğrunda döyüş keçirilib. Bu döyüşdə Azərbaycan idmançısı Nicat Əliyev və ABŞ təmsilçisi Cesse Smith üz-üzə gəliblər. Gərgin keçən döyüşdə həmyerlimiz inamlı qələbə qazanaraq “Dünya kəməri”nə sahib olub. Bu barədə mətbuata açqlama verən N.Əliyev bunları deyib: “Bu gün bütün azərbaycanlılar üçün xüsusi, əziz bir gündür. 28 May Azərbaycan Respublikasının müstəqillik günüdür. Əlbəttə ki, “Dünya kəməri” uğrunda döyüşün məhz bu gün keçirilməsi mənə əlavə stimul verdi. Mənim üçün xüsusilə əlamətdar oldu ki, dövlətimizin və xalqımızın bu şanlı və qürurlu günündə qalib gələrək dünya kəmərinə sahib oldum. Beləliklə, bu gün mənim üçün ikiqat bayram oldu. Bu qələbəmi isə bütün Azərbaycan xalqına və bu bayramı bizə qeyd etməyi nəsib edən bütün şəhidlərimizin xatirəsinə həsr edirəm. Həmçinin fürsətdən istifadə edib bu yarışda mənə iştirak etmək imkanını yaratdıqları üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin rəhbərliyinə və şəxsən cənab nazir Vilayət Eyvazova dərin minnətdarlığımı bildirirəm.”

Qeyd edək ki, Əliyev Nicat İlqar oğlu Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşıdır. İdmançımız Universal döyüş idman növü üzrə 5 qat dünya çempionu, 6 qat Avropa çempionu, Dünya oyunlarının qalibi, Asiya kəmərinin sahibi, Dünya kubokunun qalibi, Əməkdar idman ustası kimi fəxri ad və titulların sahibidir.

Biz də bu yüksək nailiyyət münasibətilə Nicat Əliyevi və bütün idmansevərlərimizi ürəkdən təbrik edirik!








Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO