sonnoqte.az
Xəbər başlıqları
  • 11:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 09:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 08:28 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 19:21 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

Məktəblərdə şagirdlər üçün yenilik: Sentyabrdan sonra tətbiq olunacaq

26-08-2025, 14:22 50 dəfə baxılıb



Sentyabr ayında məktəblər açıldıqdan qısa müddət sonra ölkənin müxtəlif bölgələrində və paytaxtda şagirdlər arasında velosiped yarışlarının təşkili planlaşdırılır.

Bu barədə avqustun 26-da Azərbaycan Velosiped İdmanı Federasiyası və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən və bölgələrdə velosiped idmanının inkişafı sahəsində fəaliyyət göstərəcək məşqçilərə həsr olunmuş təlim kurslarının açılış mərasimində Federasiyanın Birinci vitse-prezidenti Sahib Ələkbərov məlumat verib.

Onun sözlərinə görə, yarışların keçirilməsi həm məktəblilərin sağlam həyat tərzinə təşviqi, həm də velosiped idmanına marağın artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Ələkbərov əlavə edib ki, bu tədbirlər məktəblərdə idman mühitinin formalaşmasına, gənclərin vaxtlarını səmərəli keçirməsinə və gələcəkdə peşəkar idmançılar kimi yetişmələrinə zəmin yaradacaq.\\News24.az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO