sonnoqte.az
Xəbər başlıqları
  • 10:23 – Prezident qəbul keçirdi - Fotolar 
  • 12:45 – Azərbaycan Prezidenti: Qarabağ və Şərqi Zəngəzurda hazırda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır 
  • 12:39 – Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir Prezident İlham Əliyev Zirvə görüşündə çıxış edir YENİLƏNİB 
  • 12:08 – Prezident Xankəndidə qonaqları qarşılayır - Canlı - Yenilənir 

Aİ Azərbaycanın köməyi ilə ərsəyə gələn qlobal layihəyə və İlham Əliyevə dəstəyini ifadə edib

16-12-2021, 08:31 238 dəfə baxılıb

Aİ Azərbaycanın köməyi ilə ərsəyə gələn qlobal layihəyə və İlham Əliyevə dəstəyini ifadə edib


Brüsseldə keçirilmiş Şərq Tərəfdaşlığının (ŞT) 6-cı Zirvə Görüşündə ŞT ölkələri və Avropa İttifaqına üzv ölkələrin qəbul etdiyi birgə bəyannamədə bir daha sübut olundu ki, Avropa İttifaqı Şərq Tərəfdaşlığının bütün tərəfdaş ölkələrinin müstəqilliyi, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünə öz dəstəyini ifadə edir.

Şərq Tərəfdaşlığı regionunda mehriban qonşuluq münasibətlərinə, etimad quruculuğu tədbirlərinə, regional əməkdaşlığa, nəqliyyat əlaqələrinin gücləndirilməsinə dəstək ifadə olunub.

 Qeyd edək ki, bu məqamlar tamamilə Azərbaycanın post-münaqişə gündəliyinə uyğundur.
Şərq Tərəfdaşlığı regionunda münaqişədən əziyyət çəkmiş əhaliyə yardımın vacibliyi qeyd olunur.

Azərbaycanla Avropa İttifaqı arasında yeni ikitərəfli müfəssəl sazişlə bağlı aparılan danışıqlarda əldə edilmiş tərəqqi alqışlanır.

Cənub Qaz Dəhlizi layihəsinin başa çatması alqışlanır. Qeyd olunur ki, Cənub Qaz Dəhlizi Avropaya qaz mənbələrinin və marşrutunun şaxələndirilməsidir.

Bununla da Avropa İttifaqı Azərbaycanın dəstəyi ilə ərsəyə gəlmiş qlobal layihəyə öz dəstəyini ifadə edib.

Sənəddə bütün ölkələrin peyvəndlərdən bərabər səviyyədə istifadə etməsinin vacibliyi qeyd olunur. Bununla da Aİ faktiki olaraq Qoşulmama Hərəkatının sədri, Azərbaycanın dövlət başçısı Prezident İlham Əliyevin “peyvənd millətçiliyi”nə qarşı mövqeyinə dəstəyini ifadə edib.

Azərbaycan bəyannamənin Belarusun daxili işlərinə aid olan bəndinə qoşulmadı. Bununla Azərbaycan bir daha nümayiş etdirdi ki, onun üçün ölkələrin suverenliyinə hörmət, daxili işlərinə müdaxilə edilməməsi qırmızı xəttdir. Azərbaycan insan hüquqları, humanitar məsələlərlə bağlı siyasiləşdirilmiş yanaşmanı, ikili standartları qəbul etmir. Azərbaycan öz dostlarını heç vaxt darda qoymur.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO