sonnoqte.az
Xəbər başlıqları
  • 11:54 – İlham Əliyev Gürcüstanın Azərbaycandakı səfirliyində olub, başsağlığı verib 
  • 12:00 – Prezident İlham Əliyev Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib VİDEO 
  • 11:54 – Prezident İlham Əliyev Şamaxıda “Şirvan Aqro” heyvandarlıq kompleksinin açılışında iştirak edib VİDEO 
  • 10:41 – Prezident İlham Əliyev Şamaxı rayonuna səfər edib VİDEO 

Azərbaycan Müdafiə Nazirliyindən Rusiya sülhməramlılarına XƏBƏRDARLIQ

11-08-2021, 13:51 244 dəfə baxılıb

Azərbaycan Müdafiə Nazirliyindən Rusiya sülhməramlılarına XƏBƏRDARLIQ


"Ermənistan tərəfi məqsədyönlü şəkildə vəziyyətin gərginləşdirilməsi üçün təxribatlara əl atır".
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

"Bütün bunlar Ermənistanın yeni müdafiə naziri Vaqarşak Arutyunyanın Ermənistan ordusuna bütün vasitələrdən istifadə edərək güc tətbiq etmək barədə verdiyi məsuliyyətsiz və təhrikçi əmrinin fonunda baş verir. Xatırlatmaq istərdik ki, Ermənistanın sabiq müdafiə naziri David Tonayan da “yeni müharibələr, yeni ərazilər” adlandırdığı təxribatçı hərbi doktrina ilə çıxış etmişdi. Onun rüsvayçı aqibəti hər kəsə məlumdur.

Azərbaycan Ordusu tərəfindən bütün adekvat tədbirlərin görülməsi təmin olunacaqdır.

Rusiya Federasiyası sülhməramlı qüvvələri üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq müvəqqəti dislokasiya olunduqları Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin yerləşdirilməsi hallarına son qoymalıdır", - nazirlikdən bildirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO