sonnoqte.az
Xəbər başlıqları
  • 11:54 – İlham Əliyev Gürcüstanın Azərbaycandakı səfirliyində olub, başsağlığı verib 
  • 12:00 – Prezident İlham Əliyev Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib VİDEO 
  • 11:54 – Prezident İlham Əliyev Şamaxıda “Şirvan Aqro” heyvandarlıq kompleksinin açılışında iştirak edib VİDEO 
  • 10:41 – Prezident İlham Əliyev Şamaxı rayonuna səfər edib VİDEO 

Bakı - İrəvan razılaşmaları Cənubi Qafqazın potensialını üzə çıxaracaq - Dövlət Departamenti

13-08-2025, 08:49 42 dəfə baxılıb

Bakı - İrəvan razılaşmaları Cənubi Qafqazın potensialını üzə çıxaracaq - Dövlət Departamenti


Azərbaycan və Ermənistan arasında ABŞ ilə razılaşmalar Cənubi Qafqazın əhəmiyyətli potensialını üzə çıxaracaq.

“Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Temmi Bryus ənənəvi brifinqdə deyib.

Onun sözlərinə görə, bu, həmçinin amerikalılar və Amerika şirkətləri üçün yeni imkanlar açacaq.

“İki ölkənin liderləri (Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan – red.) ABŞ ilə ikitərəfli iqtisadi sazişlər imzalayıblar ki, bu da Cənubi Qafqazın ticarət, tranzit, enerji, infrastruktur və texnologiya sahələrində mühüm potensialını, həmçinin amerikalılar və Amerika şirkətləri üçün yeni imkanlar açıb”, - Bryus bildirib.

O qeyd edib ki, Bakı ilə İrəvan arasında sülh bəyannaməsi Trampın sülh prezidenti olduğunu göstərdi.

Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan və ABŞ liderləri Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın hazırlanması üçün Strateji İşçi Qrupun yaradılması haqqında iki ölkənin hökumətləri arasında Anlaşma Memorandumu imzalayıblar.

Bundan başqa, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampın iştirakı ilə iki liderin Vaşinqtonda görüşünün yekunlarına dair Birgə Bəyannamə imzalayıblar.(report)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO