sonnoqte.az
Xəbər başlıqları
  • 13:15 – Milli Məclis İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib 
  • 08:54 – Prezidentlə xanımı avtomobil yolunun açılışında iştirak etdi 
  • 12:13 – Prezidentdən Xanlar Vəliyevlə bağlı - Sərəncam 
  • 11:55 – Prezident onu təltif etdi - Sərəncam 

Sülhə mane olan sülh sazişi…

Bu gün, 09:00 4 dəfə baxılıb

Sülhə mane olan sülh sazişi…


İrəvan və Bakı 17 bəndlik sülh sazişi layihəsinin razılaşdırıldığını bəyan edib. İrəvan istənilən vaxt sülh sazişi imzalamağa hazır olduğunu bəyan edib. Bakı isə hələ ki sülhə tələsmir. Yaxşı anlayır ki, mövcud saziş layihəsində əksini tapan müddəalar əsasında imzalanacaq sülh isə sadəcə müvəqqəti xarakter daşıyır. Günün birində Ermənistanda hakimiyyətə gələn yeni qüvvə həmin sənəddən rahatca imtina edə bilər və imzalanan saziş bir kağız parçası rolunu oynayar. Dayanıqlı sülhə isə ancaq və ancaq Ermənistan əhalisinin təminatı əsasında mümkündür. Bunun yolu isə Ermənistan konstitusiyasında qonşularına olan ərazi iddiasına imtinadan keçir. Ancaq ondan sonra dayanıqlı sülhdən və sıx inteqrasiya olunmuş əməkdaşlıqdan danışmaq olar.

Sülhə mane olan ikinci amil İrəvanın ATƏT-in Minsk qrupundan hələ də imtina etməməsidir. Münaqişə bitdiyindən artıq belə bir qurumun varlığına ehtiyac duyulmur. ATƏT-in Minsk qrupunun mövcudluğu sülh prosesinə əngəl yaratmaqdan başqa bir şey deyil. 

Üçüncü amil isə Naxçıvan Muxtar Respublikası ilə Azərbaycan arasındakı birbaşa maneəsiz gediş-gəlişin təmin olunması ilə yüz ildən artıq müddətdə davam edən ədalətsizliyin aradan qaldırılmasıdır. 

Zəngəzur dəhlizi Bakının şərtləri daxilində açılmalıdır və açılacaq da. Hazırda baş verən geosiyasi proseslər 1920-ci ildə Rusiyanın, İranın və Qərbin dəstəyi ilə tarixi Azərbaycan torpağı olan Zəngəzurun Ermənistana verilməsinin əksi prosesi baş verməkdədir.

Zəngəzur yüz il əvvəl olduğu kimi, bu gün də geosiyasi məsələ kimi Cənubi Qafqazda öz aktuallığını saxlamaqdadır. Zəngəzur uğrunda savaşda yüz il əvvəlkindən fərqli olaraq yeni oyunçular da iştirak etməkdədirlər. Mübarizəyə Rusiya, Qərb, İran, Türkiyə ilə yanaşı, Çin, İsrail, ərəb ölkələri, Hindistan da qoşulub. Zəngəzur uğrunda savaşda Fransa, İran və Hindistanı çıxmaq şərti ilə bütün maraqlı tərəflər Bakının şərtləri daxilində Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. 

Zəngəzur məsələsində hətta qlobal geosiyasi proseslərdə müttəfiq rolunda çıxış edən Moskva-Pekin-Tehran üçbucağında da fərqli baxışlar mövcuddur. Belə ki, Moskva ilə Pekinin Zəngəzur dəhlizinin açılmasında baxışları Tehrandan köklü şəkildə fərqlənir. Onlar Bakının şərtləri daxilində Zəngəzur dəhlizinin açılmasında maraqlıdırlar. 

İrəvan Zəngəzur uğrunda mübarizə aparan güclər arasında manevr edib prosesləri öz xeyrinə dəyişmək cəhdi isə uğursuzluğa düçar olmaqdadır. Donald Trampın ABŞ-da yenidən hakimiyyətə gəlişindən sonra İrəvanın Zəngəzurla bağlı şərtləri sürətlə gündəmdən çıxmaqdadır. 

Trampın Avropa İttifaqı və İranla bağlı sərgilədiyi mövqe prosesləri Bakının xeyrinə dəyişib. Artıq nə Fransa, nə də İran Zəngəzur dəhlizinin Bakının şərtləri daxilində açılmasına ciddi əngəl yarada biləcək. Bu isə onu deməyə əsas verir ki, Azərbaycan torpaqlarını və Türk dünyasını bir-birin ayıran əlaqənin yenidən bərpası və ədalətsizliyin aradan qalxma prosesi yekun mərhələyə qədəm qoyub. Avrasiya coğrafiyasında gedən geosiyasi proseslər Zəngəzur dəhlizinin açılmasını sürətləndirməkdədir. 

Son günlərdə Ermənistan tərəfinin sərhəddəki təxribat cəhdlərini də bunun tərkib hissəsi hesab etmək olar. İrəvan bu yolla beynəlxalq aləmin diqqətini yenidən bölgəyə cəlb etmək istəyir. Ancaq bu cəhdlər effekt verməyəcək və nəticəsiz qalacaq. Bir daha qeyd edirəm ki, Zəngəzurun açılmasına indiyədək maneə olan Fransa və İranın başı özünə qarışdığından ciddi reaksiya verə bilməyəcək. 

Digər mühüm məqamlardan biri də ondan ibarətdir ki, Moskva və Pekin də son anda Tehrana dəhlizin açılmasına mane olmamasına və bunun həm də İranın faydasına olacağına inandırmağa çalıçacaqlar.
İrəvan tərəfi Zəngəzur dəhlizinin açılmasına ciddi müqavimət göstərməyə cəhd edərsə, o zaman belə hər hansı genişmiqyaslı hərbi əməliyyatlara ehtiyac duyulmayacaq. Ya blokada davam edəcək, ya da hərbi-psixoloji təzyiq vasitəsilə məsələ həllini tapacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO