sonnoqte.az
Xəbər başlıqları
  • 12:38 – Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib - YENİLƏNİB 
  • 20:49 – Prezident İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib 
  • 20:55 – Prezident Almaniyadadır - Fotolar+Yenilənib 
  • 14:07 – Prezidentdən məşğulluq strategiyası ilə bağlı SƏRƏNCAM 

“O həmişə Azərbaycanın maraqlarını müdafiə edib”

12-10-2022, 12:21 208 dəfə baxılıb

“O həmişə Azərbaycanın maraqlarını müdafiə edib”


“Qırğızıstan Prezidentinin vurğuladığı kimi, Heydər Əliyev tarixdə dərin iz buraxmış görkəmli şəxsiyyətdir. O, iş yerindən və ictimai-siyasi quruluş formasından asılı olmayaraq, həmişə Azərbaycanın maraqlarını müdafiə edib”.

Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Bişkekdə Heydər Əliyev adına 20 saylı Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin açılış mərasimində söyləyib.

Dövlət başçısı qeyd edib ki, Heydər Əliyev sovet dövründə Azərbaycanın rəhbəri olarkən respublikanı keçmiş SSRİ-də sosial-iqtisadi inkişaf göstəriciləri üzrə son yerlərdən qabaqcıllar sırasına çıxarmışdı. Eyni zamanda, istər SSRİ hökuməti sədrinin birinci müavini olduğu vaxtlarda, istərsə də xalqın onu gənc Azərbaycan Respublikasını iflasa uğramaqdan xilas etməyə çağıranda, ən çətin dövrdə Azərbaycan dövlətinə rəhbərlik edəndə ölkənin maraqlarını müdafiə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO