sonnoqte.az
Xəbər başlıqları
  • 14:09 – İlham Əliyev Ərdoğana başsağlığı verib 
  • 13:29 – Bir qrup gəncə Prezident mükafatı verildi - Siyahı 
  • 21:59 – Prezident İlham Əliyev Sərəncam imzalayıb 
  • 13:17 – İlham Əliyev Trampa başsağlığı verdi 

“Yeni klinika” tibb müəssisəsi direktoru Barat Yusubov qazilərə, şəhid ailələrinə xüsusi diqqət göstərir

2-11-2023, 11:14 241 dəfə baxılıb



Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılışı baş tutan “Yeni klinika” tibb müəssisəsi 28 mart 2020-ci il tarixindən fəaliyyət göstərir.
Ümumi sahəsi 100 min kvadratmetrə yaxın və imkanlarına görə tam standartlara cavab verən tibb müəssisəsində 575 xəstə çarpayısı, 70 reanimasiya yeri və müasir cihazlarla təchiz olunmuş 21 əməliyyatxana mövcuddur.
Ümumilikdə 400-dən artıq həkim və tibbi heyətin çalışdığı Qafqazın ən böyük tibb müəssisəsi hal-hazırda Anesteziologiya və reanimasiya, Təcili və təxirəsalınmaz tibbi yardım, Ümumi cərrahiyyə, Əməliyyatxana xidmətləri, Radiologiya, Laboratoriya, Qastroenterologiya,  Terapiya, Urologiya, Kardiologiya, Mama-ginekologiya, Neyrocərrahiyyə, Travmatologiya və ortopediya, Revmatologiya, Endokrinologiya, Nevrologiya, Pulmonologiya şöbələri və poliklinikadan ibarətdir.
Klinikada həmçinin Ürək-damar cərrahiyyəsi, LOR, Pediatriya, Fizioterapiya və reabilitasiya, Nefrologiya, Hematologiya, Dermatologiya, İnfeksion xəstəliklər şöbələri hazırda yalnız poliklinik olaraq fəaliyyət göstərir.
Qeyd edək ki, “Yeni klinika” tibb müəssisəsində 6 iyun 2022-ci il tarixindən etibarən İcbari Tibbi Sığorta sistemi tətbiq olunur. Hər bir Azərbaycan vətəndaşı İcbari Tibbi Sığorta üzrə Xidmətlər Zərfinə daxil olan bütün tibbi xidmətlərdən ödənişsiz istifadə edə bilər.

“Yeni klinika” tibb müəssisəsi direktoru Barat Yusubov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Barat Yusubovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Barat Yusubov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, “Yeni klinika” tibb müəssisəsi direktoru Barat Yusubova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.



Barat Yusubov 08.01.1978-ci il tarixində Lerik rayonunun Pirasora kəndində anadan olub. 1995-ci ildə Pirasora kənd orta məktəbində təhsilini başa vurub. 1995-2001-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb, 2001-2002-ci illərdə M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Hemodializ şöbəsində Nefrologiya ixtisası üzrə internatura təhsili alıb.

2002-2004-cü illərdə hərbi xidmətdə olarkən tibb məntəqə rəisi olaraq çalışıb. 2004-2005-ci illərdə Mərkəzi Neftçilər Xəstəxanasının Nefrologiya şöbəsində, 2005-2009-cu illərdə M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Hemodializ şöbəsində həkim-nefroloq olaraq fəaliyyət göstərib.

2009-2012-ci illərdə Avrasiya Klinikasının baş həkimi, 2012-2015-ci illərdə “Medistyle Hospital”ın baş həkimi kimi çalışıb. 2015-ci ildən etibarən Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Hemodializ şöbəsinin müdiri, həkim-nefroloq kimi, 2019-cu ildən etibarən Azərbaycan Tibb Universiteti III Daxili xəstəliklər kafedrasının assistenti kimi fəaliyyət göstərir.

2015-2018-ci illərdə “Medical Plaza Klinikası”nın baş məsləhətçisi, 2017-ci ildə “HB Güven Klinikası”nın baş məsləhətçisi, 2017-2019-cu illərdə “SonoMed” eşitmə mərkəzinin baş məsləhətçisi, 2018-ci ildən “EGE Hospital”ın Müşahidə Şurasının sədri kimi çalışıb.

B.Yusubov 2018-ci ildə Nefroloqlar Cəmiyyətini təsis edib, 2018-2020-ci illər ərzində Cəmiyyətin sədri olub. Eyni zamanda o, 2022-ci ildə Azərbaycan Daxili Xəstəliklər Dərnəyini təsis edib və 2022-ci ildən etibarən Dərnəyin sədri kimi fəaliyyət göstərir.

B.Yusubov müxtəlif konfransların və simpoziumlarının iştirakçısı olub. 4 elmi məqalənin müəllifidir

“Yeni klinika” tibb müəssisəsi direktoru Barat Yusubov - Bu gün qürur hissi ilə söyləyə bilirik ki, son 20 il ərzində Ölkəmizdə hər bir sahə üzrə sürətli inkşaf hökm sürmüş, qarşıya qoyulmuş bütün vəzifələr ən yüksək səviyyədə icra olunmuşdur. Necə ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan 20 il bundan əvvəl Azərbaycan Respublikasının Konstitusiyasına və “Qurani-Kərim”ə əl basaraq Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyinə, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağına and içmişdi, elə də oldu.
“Yeni klinika” tibb müəssisəsi direktoru Barat Yusubov qazilərə, şəhid ailələrinə xüsusi diqqət göstərir


Bəli, bu illər ərzində Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün güclü siyasi və hüquqi zəmin, müstəqilliyimizi təmin edəcək dərəcədə güclü iqtisadiyyat, güclü ordu yaradıldı. Dövlət başçımızın apardığı mükəmməl iqtisadi siyasət sayəsində öz iqtisadi müstəqilliyini təmin edən Azərbaycan dünya miqyasında özünə layiq yerini tuta bildi. Təsadüfi deyil ki, artıq Azərbaycanla dünyada hesablaşırlar, Azərbaycanın mövqeyi nəinki regionda, hətta daha böyük coğrafiyada diqqətlə izlənilir və böyük məna daşıyır. Azərbaycan ordusunun dünyada yaranmış bu imici təbii ki, üç il bundan əvvəl Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etməsi, eyni zamanda, keçən ay cəmi 23 saat davam edən antiterror əməliyyatı ilə erməni seperatçılarının torpaqlarımızdan təmizlənməsi sayəsində formalaşıb.

Cari ilin 15 oktyabr tarixində Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldan Prezident İlham Əliyevin xalqa müraciəti tarixi bir çıxış idi. Bu müraciət 20 il əvvəl etimad göstərdiyi, inandığı, inandığı üçün də böyük səs çoxluğu ilə seçdiyi liderinin qədirbilən xalqına bir növ hesabatı idi. Necə ki, Prezident İlham Əliyev Ulu Öndərin Qəbri üstünə gəlib Şuşanın azad olunması haqqında hesabat verdi, ata vəsiyyətini yerinə yetirməyin xoşbəxtliyini yaşadı, eləcə də bu gün Azərbaycan xalqına 20 il əvvəl seçilən zaman verdiyi bütün vədlərin həyata keçirildiyinin hesabatı idi bu müraciət. Azərbaycan xalqı da bu xoşbəxtlikdən öz nəsibini aldı, Xankəndi şəhərində Dövlət Bayrağımızın dalğalanmasının qürurunu yaşadı. Həm də bu qaldırılan bayraq, Qalib Sərkərdənin Qarabağ salnaməsinin epiloqu, “Qarabağ Azərbaycandır” ifadəsinin “nida”sı oldu.

Möhtərəm prezidentimiz İlham Əliyevin 15 oktyabr tarixli Qarabağ səfəri bir daha gözlər önünə sərdi ki, biz təkcə torpaqlarımızı geri qaytarıb ərazi bütövlüyümüzü təmin etməmişik, biz həm də öz ləyaqətimizi bərpa etmişik.

Bunu Xankəndi şəhərində, Sərsəng su anbarının ərazisində, Ağdərə şəhərində, Xocalı şəhərində, Xocalı rayonunun Əsgəran qəsəbəsində, Xocavənd şəhərində Dövlət Bayrağının ucaldılması mərasimlərində bütün dünyaya nümayış etdirən dövlət başçımız həm də onu göstərdi ki, Azərbaycan xalqının doğma torpaqlara böyük köçü başlayıb, Azərbaycan Bayrağı Qarabağ səmasında artıq sonsuzadək dalğalanacaq, Azərbaycan xalqı sonsuzadək bu torpaqlarda yaşayacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO