17:39 – Azərbaycan lideri xanımı ilə ziyarətgahda - Fotolar
12:55 – Prezident gənclərin tərbiyəsindən danışdı
12:49 – Prezident və birinci xanım Şamaxıda
11:14 – İlham Əliyev TDT TŞ rəhbərlərini qəbul etdi
Rəmişin ölüm səbəbi məlum oldu - AÇIQLAMA - VİDEO
5-04-2021, 17:16
369 dəfə baxılıb
Azərbaycanın xalq artisti, tanınmış gitara ifaçısı, “Rəmiş” ləqəbi ilə tanınan Rafiq Hüseynovun ölüm səbəbi məlum olub. "Ölkə.Az2 xəbər verir ki, Rəmişin həkimi, reanimatoloq Cavid Paşayev açıqlama verib.
Həkim BAKU.TV-yə eksklüziv açıqlamasında bildirib ki, Rəmiş yanvarın 28-də qara ciyər çatışmazlığı, xroniki ağ ciyər xəstəliyi ilə daxil olub. Daxil olandan sonra müalicə fonunda nisbi stabillik müşahidə olunub. Sonradan xəstədə koronavirusa yoluxma olub. Bu gün o rəhmətə gedib”, - deyə Cavid Paşayev bildirib.
Qeyd edək ki, R.Hüseynovun səhhətində xroniki xəstəliklərin kəskinləşməsi nəticəsində ciddi problemlər yaranıb. O, yanvarın 28-də Heydər Əliyev Fondunun xətti ilə Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib.
Xatırladaq ki, R.Hüseynov 1944-cü ildə Ağdam rayonunun Gülablı kəndində anadan olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: