sonnoqte.az
Xəbər başlıqları
  • 15:43 – Prezidentdən Sahil Babayevin yerinə TƏYİNAT 
  • 14:54 – İlham Əliyev “Vətən” İdman Liseyində - FOTO 
  • 13:29 – Bir qrup gəncə Prezident mükafatı verildi - Siyahı 
  • 21:59 – Prezident İlham Əliyev Sərəncam imzalayıb 

Şəhid atasına Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının xüsusi mükafatı təqdim edildi

2-02-2021, 09:18 312 dəfə baxılıb

Şəhid atasına Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının xüsusi mükafatı təqdim edildi


Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) Vətən Müharibəsi şəhidi Ülvü Məmmədovun atası, “komanda.az” saytının yazarı Vüqar Məmmədovu xüsusi mükafatla təltif edib.
Bu barədə oxu.az-a qurumdan məlumat verilib.

Assosiasiyanın bir qrup nümayəndəsi Quba rayonunun Alekseyevka kəndində Ülvünün atası Vüqar və qardaşı Fəridlə görüşüb şəhidimizin məzarını ziyarət ediblər.

AİJA nümayəndələri, Beynəlxalq İdman Mətbuatı Assosiasiyası – AIPS üzvləri Natiq Nəsirov, Anar Şabanoğlu (İsgəndərov), Bəhruz Məmmədov və  Əli Fərzəliyev Azərbaycan İdman Jurnalistləri Assosiasiyası adından məzarın önünə əklil qoyaraq, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin ruhuna dualar oxuyublar.

Ülvü Məmmədovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə kənddə açılmış bulağın qarşısında şəhidlərimizin ruhuna ehtiram və qəhrəman oğullar böyütmüş bütün valideynlərə dərin minnətdarlıqla AİJA-nın mükafatı idman yazarı Vüqar Məmmədova təqdim olunub.

Şəhid atası evinə dəvət etdiyi həmkarlarına şəhidimizin qəhrəmanlıq yolundan danışıb. 

Ülvü Məmmədov ölkə başçısı Cənab İlham Əliyevin Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah şəhidlərimizə rəhmət eləsin!






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO