sonnoqte.az
Xəbər başlıqları
  • 11:54 – İlham Əliyev Gürcüstanın Azərbaycandakı səfirliyində olub, başsağlığı verib 
  • 12:00 – Prezident İlham Əliyev Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib VİDEO 
  • 11:54 – Prezident İlham Əliyev Şamaxıda “Şirvan Aqro” heyvandarlıq kompleksinin açılışında iştirak edib VİDEO 
  • 10:41 – Prezident İlham Əliyev Şamaxı rayonuna səfər edib VİDEO 

Rektor müşavirini və komendantı bıçaqlayan şəxs həbs edildi

2-08-2021, 11:28 281 dəfə baxılıb

Rektor müşavirini və komendantı bıçaqlayan şəxs həbs edildi


Bakı Dövlət Universitetində rektor müşavirini və komendantı bıçaqlayan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Apa xəbərinə görə, Yasamal Rayon Məhkəməsində hakim Murad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən İsmixan Mirzəyev barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.

Bu il valideynlik hüquqlarının məhdudlaşdırılmasına dair məhkəmələrdə 4 iddia qaldırılıb
DİN: Bu ay 187 kq marixuana, 58 kq heroin, 11 kq metamfetamin dövriyyədən çıxarılıb
Gəncənin sabiq icra başçısı Elmar Vəliyev barəsində ekspertizanın nəticəsi açıqlanıb
Qeyd edək ki, bir neçə gün əvvəl Bakı Dövlət Universitetinin əsas korpusunda BDU rektorunun maliyyə məsələləri üzrə müşaviri Mirzə Mirzəyev və komendant Şahlar Bəgalıyevə bıçaqla xəsarət yetirilib.

Xəsarət alan hər 2 şəxs təcili olaraq xəstəxanaya yerləşdirilib. Hadisəni törətməkdə təqsirli bilinən Universitetin təsərrüfat şöbəsinin işçisi İsmixan Mirzəyev təqsirkar qismində hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

İ. Mirzəyev barəsində Cinayət Məcəlləsinin 126-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO