sonnoqte.az
Xəbər başlıqları
  • 11:51 – Sabah İlham Əliyevlə Paşinyan görüşəcək 
  • 12:55 – Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır 
  • 12:45 – Azərbaycan Prezidenti: Qarabağ və Şərqi Zəngəzurda hazırda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır 
  • 12:39 – Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir Prezident İlham Əliyev Zirvə görüşündə çıxış edir YENİLƏNİB 

Rusiyada azərbaycanlılara yeni «soyğun» planı: Putin müharibənin xərcini miqrantlara yükləyir

30-06-2025, 09:22 7 dəfə baxılıb



Rusiyada xarici vətəndaşların ciblərinə daha dərindən girmək üçün yeni mexanizm hazırlanır.

Bu gün Rusiya hökumət komissiyasında miqrantlara əlavə rüsumların tətbiqi ilə bağlı qanun layihəsi müzakirə olunacaq.

Yeni təklifə görə, artıq miqrasiya sənədlərinin dublikatının verilməsi xaricilərə pulsuz başa gəlməyəcək — bunun üçün 2 min rubl (təxminən 43 manat) ödəmək tələb olunacaq. Halbuki indiyədək bu xidmət tamamilə pulsuz idi.

Daha sərt zərbə isə əmək bazarında çalışan miqrantlara dəyəcək. Belə ki, Rusiyada işləmək icazəsinin müddətini uzatmaq və ya patent almaq istəyənlər üçün rüsum 4,2 min rubl (təxminən 91 manat) təşkil edəcək.

Eyni zamanda avtomobil sahiblərinə də əlavə yük düşəcək: sürücülük vəsiqələrinin rüsumlarının iki dəfə, PTS sənədlərinin isə 1,5 dəfə artırılması nəzərdə tutulur. Əgər qanun layihəsi qəbul olunarsa, bu dəyişikliklər 1 sentyabrdan qüvvəyə minəcək.

Beləliklə, Rusiya iqtisadi problemlərini miqrantların hesabına həll etməyə daha açıq şəkildə yönəlir, onların sosial və hüquqi yükünü kəskin artırır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO