sonnoqte.az
Xəbər başlıqları
  • 10:29 – Prezident bu şəxsləri təltif etdi - SİYAHI 
  • 09:54 – “Bu, çox gözəl hadisədir” - İlham Əliyev 
  • 09:50 – “Azərbaycan qazından istifadə edib öz enerji təhlükəsizliklərini təmin edirlər” 
  • 09:37 – Prezident “8 Noyabr” Elektrik Stansiyasının açılışında iştirak edir 

Şahin Şərifov GÜLLƏLƏNDİ - DƏHŞƏTLİ QƏTL

5-06-2025, 12:37 25 dəfə baxılıb



Xəbər verdiyimiz kimi, Lerik rayonunda itkin düşən şəxsin meyiti tapılıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, meyiti tapılan şəxs öldürülübmüş.

Qətldə 2-ci Qarabağ müharibəsi iştirakçısı şübhəli bilinir.

İyunun 1-də Lerik rayonunda itkin düşən 35 yaşlı Şahin Şərifovun xüsusi amansızlığa məruz qalan, baş və bədənində güllə yarası olan meyiti rayonun Monidigah kəndinin ərazisində yerləşən çayın kənarında aşkarlanıb.

Polis və prokurorluq əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən Lerik rayon sakini, müharibə veteranı 34 yaşlı Elşən Ağayev saxlanılaraq həbs edilib.

Qazinin yaşadığı evdən cinayətdə istifadə olunan nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 159 ədəd patron aşkarlanaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanan cinayət işinin istintaqı aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO