sonnoqte.az
Xəbər başlıqları
  • 12:55 – Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır 
  • 12:39 – Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir Prezident İlham Əliyev Zirvə görüşündə çıxış edir YENİLƏNİB 
  • 12:08 – Prezident Xankəndidə qonaqları qarşılayır - Canlı - Yenilənir 
  • 11:33 – İlham Əliyev Xankəndidə naziri qəbul etdi - Fotolar 

Gəncədə qohumlar arasında dava - Yaralılar var

3-06-2025, 09:43 10 dəfə baxılıb

Gəncədə qohumlar arasında dava - Yaralılar var


Gəncədə qohumlar arasında mübahisə baş verib, yaralananlar var.

 “Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.
Belə ki, mübahisə zəminində 1980-ci il təvəllüdlü Əli Alışanov bıçaqlanıb, daha sonra isə balta ilə xəsarət alıb.

Onun həyat yoldaşı Aynur Alışanova və 25 yaşlı oğlu Alim Alışanov isə döyülərək bədən xəsarətləri alıblar.

İlkin məlumata görə, onlar qudaları ilə aralarında yaranmış mübahisə zəminində yaralanıblar. 45 yaşlı Ə.Alışanovun vəziyyəti ağır qiymətləndirilir.

Həmçinin mübahisə zamanı qarşı tərəfdən 1966-cı il təvəllüdlü Zakir Sadıqov və onun oğlu 1999-cu il təvəllüdlü Elşən Sadıqov da xəsarət alıblar.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə Regional qrupunun inspektoru polis mayoru Eşqin Qasımov sorğumuza cavab olaraq bildirib ki, hadisəni törətməkdə şübhəli bilinən 59 yaşlı Zakir Sadıqov saxlanılıb:

“Faktla bağlı Gəncə BPİ-də cinayət işi başlanıb. Hazırda hadisənin motivləri və digər halların müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO