sonnoqte.az
Xəbər başlıqları
  • 12:19 – İlham Əliyev Tiranada Zirvə toplantısında iştirak edir 
  • 12:58 – Prezident onu yenidən icraçı direktor təyin etdi 
  • 10:40 – Prezident Yaşar Güləri qəbul etdi - FOTOLAR 
  • 10:32 – İlham Əliyev Okay Məmişi qəbul etdi - FOTOLAR 

Dövlətə xəyanətdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb

15-05-2025, 09:27 5 dəfə baxılıb

Dövlətə xəyanətdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb


Dövlətə xəyanətdə ittiham olunan Azərbaycan Respublikasının vətəndaşı Zamanlı İsmayıl Rafail oğlu barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

 APA məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən cinayət işinin məhkəmə istintaqına verilməsi ilə bağlı qərar qəbul olunub.

Məhkəmənin növbəti iclası mayın 21-nə təyin olunub.

Qeyd edək ki, İsmayıl Zamanlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq xarici ölkənin xüsusi xidmət orqanı nümayəndələrinin tapşırıqlarını yerinə yetirməklə dövlətə xəyanət etməkdə ittiham olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO