10:23 – “Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır”
11:59 – DİN kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət etdi - Fotolar
20:22 – Korrupsiya ilə bağlı məlumat verən şəxs və yaxınlarına təzyiq QADAĞAN EDİLDİ
20:18 – Azərbaycan Prezidenti Venesuelaya başsağlığı verdi
Qubadlıda yanğın oldu - Video
28-08-2024, 13:58
99 dəfə baxılıb
Qubadlı rayonu Xəndək kəndində 20 hektarlıq sahədə yanğın baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində açıq ərazidə baş vermiş yanğın geniş sahələrə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində təxminən 20 hektar sahədə quru ot, kol-kos və seyrək ağaclıq yanıb.
Ətraf ərazilər yanğından mühafizə olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: