sonnoqte.az
Xəbər başlıqları
  • 08:27 – İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir 
  • 10:40 – Dövlət başçısı Antalyada Şimali Kipr Prezidenti ilə görüşüb 
  • 10:36 – İlham Əliyev Antalyada Əhməd Əl Şaraa ilə görüşüb 
  • 14:50 – Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfər edib - FOTO 

"Qarabağ"ın qapısına təyin edilən penalti yanlış qərar imiş

19-02-2026, 09:15 23 dəfə baxılıb

"Qarabağ"ın qapısına təyin edilən penalti yanlış qərar imiş


Məlum olduğu kimi, "Qarabağ" Çempionlar Liqasının keçid pley-off mərhələsinin ilk matçında "Nyukasl"a 1:6 hesabı ilə məğlub olub.

Görüşün 32-ci dəqiqəsində Ağdam təmsilçisinin qapısına təyin olunan penalti müzakirələrə səbəb olub. "Azərbaycan Futbol Hakimləri"nin dəyərləndirməsinə görə, hakimin bu epizodda penalti təyin etməsi yanlış qərardır.

Qaydalara görə, bir oyunçu yerə yıxılarkən və ya sürüşmə fəndi edərkən bədən müvazinətini qorumaq üçün əlini təbii şəkildə yerə qoyursa, bu "dayaq əli" hesab olunur.

Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (IFAB) təlimatlarında açıq şəkildə qeyd olunur ki, əgər top məhz bu vəziyyətdə olan ələ dəyirsə, bu, bədənin süni şəkildə böyüdülməsi sayılmır və qayda pozuntusu hesab edilmir. Yəni futbolçu yıxılarkən əlini başqa yerə qoya bilməyəcəyi üçün bu hərəkət tamamilə təbii fizioloji prosesdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO