sonnoqte.az
Xəbər başlıqları
  • 12:50 – Prezident: Azərbaycan Fələstin məsələsinin “iki dövlət” prinsipi əsasında həllini dəstəkləyir 
  • 11:06 – Azərbaycan Prezidenti Pezeşkianı təbrik edib 
  • 08:42 – Prezident Vensə bu fotoları göstərdi - VİDEO 
  • 22:25 – "ABŞ-ın strateji tərəfdaşı olmaq böyük şərəfdir" - Prezident 

Nəriman Axundzadə haqqında ilk dəfə açıqlandı: "Çoxları bunları bilmir"

Bu gün, 12:43 1 dəfə baxılıb

Nəriman Axundzadə haqqında ilk dəfə açıqlandı: "Çoxları bunları bilmir"



"Qarabağ" klubunun formasını geyinmiş Nəriman Axundzadə bu günlərdə haqqında ən çox danışılan şəxslərdən birinə çevrilib. Onun ABŞ klubuna keçidi isə Azərbaycan futbolunun tarixinə düşüb.

Hücumçunun əmisi oğlu, ingilis dili müəllimi Azər Axundlu onun barədə fikirlərini bildirib.

"Çətin şəraitdə ailəsindən uzaqda keçən uşaqlığı və ağır zədə alsa belə, yenidən futbola qayıdıb, hədəflərinin arxası ilə gedib. Bir çoxları tənqid edirdi, tənqidlərin bir qismində haqlı idilər, özüm də yaxını olaraq tənqid etmişəm. Günü idman, xarici dil öyrənmək və fərqli sahələrdən kitablar oxumaqla keçir. Bəzən olur aramızda oxuduğumuz kitablar haqqında müzakirələr də aparırıq", - Nərimanın əmisi oğlu qeyd edib.

Onun sözlərinə görə, mətbuat və sosial mediadaki şəxslər arxa fonda gedən hadisələrdən, görülən işlərdən xəbərdar olmur.

"Yadımdadır, Lənkəranda çınqıl daşlar üzərində ayaqlarımız yara-bərə olsa da, bərabər futbol oynayırdıq, qapıda əsasən mən olurdum. Şübhəsiz mətbuat və sosial mediadaki şəxslər bunları bilmir və kimsə arxa fonda gedən hadisələrdən görülən işlərdən xəbərdar olmur. Bu gün artıq o, Azərbaycan tarixinin ən bahalı transferi olaraq Amerikaya MLS-ə yollanır".

Qeyd edək ki, Ağdam təmsilçisi futbolçunun transferindən 2.5 milyon avro qazanıb. N.Axundzadənin isə ilk mövsümündə 1 milyon dollar məvacib alacaq. O, "Qarabağ"da ayına 12 min manat maaş alırdı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO