sonnoqte.az
Xəbər başlıqları
  • 19:27 – İcra başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM 
  • 10:38 – İlham Əliyev Sumqayıtda zavod açılışında iştirak edib 
  • 08:49 – Tramp Prezident İlham Əliyevə təşəkkür edib 
  • 19:41 – Prezident ailəsinin Trampla - Fotoları 

İlham Əliyev: 2025-ci ildə Ermənistan-Azərbaycan müharibəsinə siyasi nöqteyi-nəzərdən son qoyuldu

5-01-2026, 20:42 8 dəfə baxılıb

İlham Əliyev: 2025-ci ildə Ermənistan-Azərbaycan müharibəsinə siyasi nöqteyi-nəzərdən son qoyuldu


Keçən il doğrudan da tarixi il sayıla bilər. Çünki məhz keçən 2025-ci ildə Ermənistan-Azərbaycan müharibəsinə siyasi nöqteyi-nəzərdən son qoyuldu və artıq biz bir neçə aydır ki, sülh şəraitində yaşayırıq.

Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində bildirib.

"Sülh şəraitində yaşamaq nə deməkdir, bunu öyrənirik", - deyən dövlətimizin başçısı Azərbaycanın döyüş meydanında əldə etdiyi parlaq Qələbəyə siyasi müstəvidə və dünyanın bir nömrəli ofisində siyasi möhür vurulduğunu bildirib. "Bu, təbii ki, müstəqillik tariximizdə yaddaqalan hadisələrdən biri olacaq, bəlkə də birincilər sırasında olacaq. Bu nöqteyi-nəzərdən keçən ili ölkəmiz üçün, xalqımız üçün çox uğurlu və tarixi il saymaq olar və əminəm ki, bundan sonra Azərbaycan xalqı sülh şəraitində yaşayacaq", - deyə Azərbaycan Prezidenti qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO