sonnoqte.az
Xəbər başlıqları
  • 09:11 – Laçın görüşü kimləri qorxuya saldı? - Elan edildi, yola çıxılır 
  • 13:58 – Prezidentlər Kəlbəcər-Laçın avtomobil yolunda - Fotolar - Yenilənib 
  • 13:53 – Laçında Azərbaycan, Türkiyə və Pakistan Zirvə görüşü keçirildi - Yenilənir 
  • 09:14 – Prezidentdən Müstəqillik Günü ilə bağlı paylaşım - Foto 

Ukrayna son vəziyyəti açıqladı: itkilər verib geri çəkilirlər...

16-03-2022, 10:52 233 dəfə baxılıb

Ukrayna son vəziyyəti açıqladı: itkilər verib geri çəkilirlər...


Ukrayna Müdafiə Nazirliyi 16 mart saat 6:00-dək olan əməliyyat şəraiti ilə bağlı məlumat yayıb.

Ukrayna MN xəbər verir ki, məlumatda deyilir:

"Son sutka ərzində müdafiə qüvvələrinin vəziyyəti, mövqeyi və hərəkətlərinin xarakteri əhəmiyyətli dərəcədə dəyişməyib. Ukrayna Silahlı Qüvvələri Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində işğalçı qoşun qruplaşmalarına sarsıdıcı zərbələr endirməyə, bəzi rayonlarda isə əks-hücuma keçməyə nail olub.

Ötən günün nəticələrinə görə, Ukrayna Silahlı Qüvvələri Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə qüvvələrinin hərəkətləri nəticəsində üç təyyarə (onlardan ikisi Su-34) məhv edilib. Bundan əlavə, bir helikopter, üç əməliyyat-taktiki PUA və iki qanadlı raket vurulub. Hazırda əlavə məlumat dəqiqləşdirilir.

Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr yer hədəflərinə raket və bomba zərbələri endirməyə davam edib. İşğalçı qoşunların texnika kalonlarına və dəstələrinə 9 hava zərbəsi endirilib.

İşğalçı qüvvələr Ukrayna şəhərlərinin infrastrukturuna və əhalinin sıx məskunlaşdığı ərazilərə raket və bomba zərbələri endirməkdə davam edir.

Düşmən müəyyən ərazilərdə geri çəkilərkən itkilər verməkdə davam edir. İşğalçıların əsas səyləri əvvəllər işğal olunmuş sərhədlərin və müdafiə sahələrinin möhkəmləndirilməsinə və qorunub saxlanmasına yönəlib", - məlumatda qeyd edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO