sonnoqte.az
Xəbər başlıqları
  • 10:21 – Əliyev Pezeşkiana təşəkkür etdi 
  • 13:20 – Dövlət mülkiyyətində olan əsas vəsaitlərin verilməsi qaydası dəyişib 
  • 12:25 – Prezident onu icra başçısı təyin etdi - Sərəncam 
  • 12:56 – İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib 

Rusiyanı çətinə salacaq istefa: Baş Qərargah rəisi ərizəsini yazdı - FOTO

8-03-2022, 09:30 251 dəfə baxılıb

Rusiyanı çətinə salacaq istefa: Baş Qərargah rəisi ərizəsini yazdı - FOTO


Belarus Respublikası müdafiə nazirinin birinci müavini, Baş Qərargah rəisi Viktor Quleviç istefa məktubu yazıb.

İngiltərə mediası istefa məktubunun sürətini yayımlayıb. Viktor Quleviç istefa məktubu martın 4-də imzalayıb.

"Hərbi hissə komandirləri ilə birgə səylər hələ ki, nəticə verməyib. Mən tərəddüd etmədən deyə bilərəm ki, bu komandirlərin dəyişdirilməsi quru qoşunlarının toplanmasına heç bir təsir göstərməyəcək və bizə istədiyimiz nəticəni verməyəcək. Bu fikirləri nəzərə alaraq, istefamın qəbul edilməsini xahiş edirəm" deyə V.Quleviç istefa məktubunda qeyd edib.

Qeyd edək ki, sənədin keçmiş müdafiə nazirinin müavini Aleksandr Nosov tərəfindən paylaşıldığı iddia edilib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO