09:11 – İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
13:43 – Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi - Canlı
13:09 – Ərdoğan Qarabağa gəldi, Prezident İlham Əliyevdən səmimi qarşılama - VİDEO
11:53 – Prezident: Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin
“Times” meydanında Azərbaycanla bağlı bilbord - Video
10-11-2021, 10:49
358 dəfə baxılıb
ABŞ-ın Nyu-York şəhərində 8 Noyabr - Zəfər Gününə və 9 Noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş məlumatlandırma aksiyası keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, aksiya şəhərin məşhur “Times” meydanında baş tutub. Meydandakı binalardan biri üzərində Azərbaycan bayrağı rəngində “8 November. #KarabakhisAzerbaijan #Zafar” yazılmış bilbord bir saat ərzində nümayiş etdirilib.
Aksiyanı izləyənlər arasında Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları da olub. Məlumatlandırma aksiyası bütün həftə boyu davam edəcək.
Aksiya 300 mindən çox izləyicisi olan "New York - Times Square" feysbuk səhifəsində canlı yayımlanıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: