sonnoqte.az
Xəbər başlıqları
  • 13:46 – İlham Əliyev İranın Azərbaycandakı səfirliyində olub, başsağlığı verib 
  • 10:58 – Prezident məişət tullantıları daşıyan texnikalarla tanış oldu - FOTOLAR 
  • 21:22 – Sosial şəbəkələrdə yaş məhdudiyyəti – Prezidentdən sərəncam 
  • 20:59 – Xocalı Soyqırımı Memorialının açılışından - Fotolar 

Baş Prokurorluq əməliyyatın təfərrüatını açıqladı

19-03-2025, 10:13 71 dəfə baxılıb

Baş Prokurorluq əməliyyatın təfərrüatını açıqladı


Xəbər verdiyimiz kimi, İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm İmamoğlu saxlanılıb.

Türkiyə mətbuatı xəbər verir ki, İstanbul Baş Prokurorluğu, Ə.İmamoğlu da daxil olmaqla 105 nəfərə qarşı başladılan genişmiqyaslı istintaqın səbəblərini açıqlayıb.

İmamoğlu da daxil olmaqla 7 nəfərin PKK/KCK terror təşkilatına yardım etdiyi üçün saxlanıldığı bildirilib.

Ə.İmamoğlu da daxil olmaqla bir çox şəxsin iş adamlarını ianə adı altında pul verməyə məcbur etdikləri, həmin biznesmenlərlə birgə hərəkət edərək qanunsuz qazanc əldə etdikləri, həmin şəxslər vasitəsilə alqı-satqı apararaq qazandıqları pulları yuduqları, pulların köçürülməsi və yığılmasında “gizli seyflər” adlandırılan mülki şəxslərdən istifadə etdiklərinə dair şahidlərin bəyanatları, həmçinin Əmlak Müfəttişliyi tərəfindən hazırlanan İBB və onun tabeliyində olan şirkətlər tərəfindən tenderlərdə pozuntular, xidmət satınalmaları və saxta müqavilələrlə bağlı hesabata uyğun olaraq yenidən araşdırma başladılıb.

Həmçinin İstanbulda yaşayan vətəndaşların şəxsi məlumatlarının qeyri-qanuni yolla əldə edilərək təşkilatın davamlılığı üçün istifadə edildiyi bildirilib.

Qeyd edilib ki, cinayət təşkilatının rəhbəri olmaq, cinayət təşkilatına üzv olmaq rüşvət, dələduzluq, şəxsi məlumatlara qeyri-qanuni giriş, tenderə müdaxilə cinayətlərinə görə 100 nəfər barəsində saxlanılma, həbs olunma, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsinə göstəriş verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO