sonnoqte.az
Xəbər başlıqları
  • 10:21 – Əliyev Pezeşkiana təşəkkür etdi 
  • 13:20 – Dövlət mülkiyyətində olan əsas vəsaitlərin verilməsi qaydası dəyişib 
  • 12:25 – Prezident onu icra başçısı təyin etdi - Sərəncam 
  • 12:56 – İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib 

Zəngəzur dəhlizinin açılmasını ABŞ da istəyir - Kiviryan

4-02-2025, 12:14 39 dəfə baxılıb

Zəngəzur dəhlizinin açılmasını ABŞ da istəyir - Kiviryan


Sirr deyil ki, Azərbaycan həmişə Naxçıvanla birləşmək istəyib və bu ideya ABŞ və Türkiyə tərəfindən dəstəklənib. 

Bunu politoloq Argişti Kiviryan deyib.

Onun sözlərinə görə,  Ankara və Ağ Evin də  belə bir niyyətinin olmasına baxmayaraq, bu məsələ ətrafında heç bir danışıqlar sənədə çevrilmədi. 

Politoloq əlavə edib ki, ilk dəfə belə bir sənəd 9 noyabr 2020-ci ildə ortaya çıxıb və Paşinyanın imzası onun altında olub.

“Paşinyan bu bəyanatın 9-cu bəndini yerinə yetirməmək üçün Qarabağı qurban verdi və indi Meğri mövzusuna qayıtdılar. Mən hələ zamanında demişdim ki, Qarabağdan sonra  Zəngəzur dəhlizi məsələsi gündəmə gələcək”, - deyə Kiviryan əlavə edib.

Analitik hesab edir ki, Paşinyan mahiyyət etibarilə Azərbaycanın bütün tələblərini yerinə yetirməyə hazır olduğunu bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO