sonnoqte.az
Xəbər başlıqları
  • 11:37 – İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi - FOTO 
  • 11:46 – Prezidentlə xanımı Bakıdakı Zəfər parkında - Video - Fotolar 
  • 10:02 – Prezidentlə xanımı Bakıdakı Zəfər parkında olub 
  • 09:11 – İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edildi - Foto 

Almaniyanın müdafiə nazirindən xəbərdarlıq: "Rusiya təhlükəsizliyimizə ən böyük təhdiddir"

6-12-2024, 08:33 58 dəfə baxılıb

Almaniyanın müdafiə nazirindən xəbərdarlıq: "Rusiya təhlükəsizliyimizə ən böyük təhdiddir"


Almaniyanın müdafiə naziri Rusiyanın artan hərbi təhlükəsi barədə xəbərdarlıq edib. Bundestaq qarşısında çıxış edən Boris Pistorius Rusiyanın müdafiə sahəsindəki səylərinin artdığını vurğulayıb.

Bu barədə Bild məlumat yayıb.

"Rusiya tamamilə hərbi iqtisadiyyata keçib və hər il ordusuna 1000-dən 1500-dək tank təhvil verir. Bu, Avropanın beş ən böyük ölkəsinin birlikdə malik olduğu tank sayından təxminən iki dəfə çoxdur. Bizim üçün bu aydındır: Rusiya təhlükəsizliyimizə ən böyük təhdiddir və yaxın gələcəkdə də belə qalacaq", — deyə nazir vurğulayıb.

Almaniya hökuməti parlamentə üç qanun layihəsi təqdim edib. Onlardan biri, Litvada daimi briqada yerləşdirilməsi ilə əlaqədar hərbi və mülki işçilərin maaşlarının yaxşılaşdırılmasını nəzərdə tutur. Almaniya 2025-ci ildən etibarən NATO-nun şərq cinahını gücləndirmək  məqsədilə orada 4800-dək əsgər və 200 mülki əməkdaş yerləşdirməyi planlaşdırır.

Digər qanun layihəsində isə keçmiş əsgərlərin "xarici qüvvə" (məsələn, Rusiya və ya Çin) üçün əvvəlcədən razılaşdırılmadan işləməsi ilə bağlı cinayət məsuliyyətinin tətbiqi təklif edilir.

"Belə bir qanun əvvəllər mövcud deyildi, amma indi çox vacibdir", — deyə Boris Pistorius bildirib. "Biz yüksək ixtisaslı keçmiş Bundestaq hərbçilərinin cazibədar təkliflər vasitəsilə xarici maraqlar üçün işləməsinin qarşısını alacağıq".(musavat.com)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO