sonnoqte.az
Xəbər başlıqları
  • 22:32 – İlham Əliyev Naxçıvanda AzTV-yə müsahibə verdi - Fotolar 
  • 22:26 – Əcəmi Naxçıvaninin abidəsinin açılışı oldu - Fotolar 
  • 22:23 – Prezident Döyüş bayraqlarının verilməsi mərasimində - Video-Fotolar 
  • 19:45 – İlham Əliyev xanımı ilə DOST Mərkəzinin açılışında 

Putin: Rusiya bu halda nüvə silahından istifadə edə bilər

26-09-2024, 08:54 65 dəfə baxılıb

Putin: Rusiya bu halda nüvə silahından istifadə edə bilər


Rusiya raket və PUA-ların kütləvi hücumuna cavab olaraq nüvə silahından istifadə edə bilər və bu, istisna deyil.

Bunu Rusiya prezidenti Vladimir Putin bəyan edib.

O bildirib ki, nüvə silahından istifadənin əsası Rusiyaya qarşı aerokosmik hücum silahlarının kütləvi şəkildə buraxılması ilə bağlı məlumat ola bilər.

“Rusiyanın nüvə silahından istifadəyə keçməsi üçün şərtlər açıq şəkildə göstərilib. Aerokosmik hücum silahlarının kütləvi şəkildə buraxılması və onların dövlət sərhədimizi keçməsi barədə etibarlı məlumat əldə etdikdən sonra bu ehtimalı nəzərdən keçirəcəyik. Mən strateji və ya taktiki təyyarələri, qanadlı raketləri, PUA-ları, hipersəsli və digər təyyarələri nəzərdə tuturam”, - Putin bildirib.

Rusiyanın nüvə doktrinasına ediləcək düzəlişlərdən danışan Putin onu da əlavə edib ki, bunlara Rusiyaya və Belarusa qarşı təcavüz halında nüvə silahından istifadə etmək hüququ da daxildir.

“Bütün bu məsələlər Belarus tərəfi ilə, Belarus prezidenti ilə razılaşdırılıb", - Putin bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO